Zaur Darabzadə ilə polis arasında insident
Yusif Nəzərli
13:01 12.04.2023
Cəmiyyət
459
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə ilə polis arasında insident yaşanıb.
"Sherg.az" Qafqazinfo-ya isatinadla bildirir ki, hadisə bir neçə gün öncə Sumqayıtda keçirilən “Sumqayıt” – “Neftçi” matçı zamanı baş verib.
Stadionun həyətinə daxil olan zaman polis əməkdaşları onu saxlayıblar. Buraxılış vərəqəsi olmadığına görə maşını ərazidən çıxarmasını tələb ediblər. Zaur Darabzadə maşını geri çəkməyəcəyini bildirib və tərəflər arasında mübahisə yaşanıb. İş adamı polis bölməsinə aparılıb, barəsində inzibati protokol tərtib olunub. Protokola Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Zaur Darabzadə məhkəmədə bildirib ki, “Sumqayıt” futbol klubunun prezidenti Riyad Rəfiyev onun dostudur. Rəfiyev onu klubun oyununa baxmaq və iftar etmək üçün dəvət edib: “Yolda tıxac olduğundan bir az gecikdim. Stadionun həyətinə girib maşını saxlayanda polis əməkdaşı yaxınlaşaraq mənə buraxılış vərəqəmin olmadığını, avtomobili oradan çıxarılmalı olduğumu bildirdi. Mənə “sən” deyə müraciət etdiyindən əsəbiləşib buraxılışım olduğunu və “siz” deyə müraciət etməsini tələb etdim. Bu zaman başqa bir polis əməkdaşı da yaxınlaşaraq kobud şəkildə avtomobili oradan çıxarmağımı, əks halda avtomobili cərimə meydançasına aparacaqlarını, mənim isə tutulacağımı bildirdi. Onlara qarşı heç bir müqavimət göstərmədən, əgər avtomobilin yerinin dəyişməsinə ehtiyac varsa, evakuator çağırıb dəyişmələrini qeyd etdim”.
Məhkəmədə ifadə verən polis əməkdaşları bildirib ki, futbol zamanı təhlükəsizliyin təmin edilməsi və asayişin qorunması üçün klub tərəfindən polisə müraciət olunub. Eyni zamanda stadion ərazisinə buraxılacaq avtomobillərin siyahısı təqdim edilib: “Xidmətdə olarkən “Mercedes GL” markalı avtomobilin sahibi Zaur adlı şəxs maşını özbaşına stadionun polis tərəfindən mühafizə olunan hissəsinə sürməyə cəhd göstərdi. O, avtomobilini klub avtobuslarının saxlanması üçün nəzərdə tutulan yerdə saxladığından ondan avtomobilin götürülməsi tələb olundu. PPX tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, polisin tələbinə məhəl qoymayıb maşından düşərək səs-küylə etiraz etdi və yalnız evakuator vasitəsilə maşını oradan götürə biləcəyimizi dedi.
Onu 4-cü Polis Bölməsinə dəvət etdik. Qanunvericiliyin tələblərini izah edərək nizam-intizama dəvət etməyimizə baxmayaraq, kobudluq etməyə başladı.
Polis baş leytenantı Pərviz Əliməmmədov onu avtopatrula əyləşdirən zaman radiostansiya vasitəsinin antenini qırdı. Eləcə də təhdid xarakterli ifadələr işlətdi. Tabesizlik göstərdiyi üçün onun müqavimətini qıraraq PPX avtopatruluna əyləşdirdik, 4-cü Polis Bölməsinə gətirdik”.
Məhkəmə bu qənaətə gəlib ki, Zaur Darabzadə polisin qanuni tələbinə tabe olmayıb. Onun avtomobili ərazidən çıxarmaması, işlək vəziyyətdə olan maşına görə evakuator çağırılması istəyi qanunaziddir. Bundan başqa, iş materiallarında stadiona buraxılış siyahısında Darabzadəyə məxsus “Mercedes GL” markalı maşının olmadığı da müəyyən edilib. Məhkəmə Zaur Darabzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmama) ilə tərtib olunmuş protokolu əsaslı hesab edib. İş adamı 200 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, Zaur Darabzadə ictimai sferada tanınmış şəxsdir. O, 2014-cü ildən "CinemaPlus" şirkətlər qrupunun rəhbəridir. Darabzadə 2020-ci ildə deputatlığa
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region