Zəfər Günü münasibətilə “Qalibiyyətin təntənəsi” adlı tədbir keçirilib
Yusif Nəzərli
10:23 07.11.2023
Cəmiyyət
510
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə şəhidlərin ailə üzvləri və qazilərin iştirakı ilə “Qalibiyyətin təntənəsi” adlı tədbir keçirilib.
"Report" xəbər verir ki, əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, şəhid atası Mürvət Əsgərov, Vətən müharibəsi qaziləri Həşim Mədətov və Sənan Həsənov, şəhid qızı Mustafayeva Göyçək çıxış ediblər.
Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qüdrətli ordumuzun şücaəti sayəsində zəfər çaldığımız 44 Günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin göstərdiyi qəhramanlıqdan geniş söhbət açıblar. Qeyd olunub ki, xalqımız tarixi zəfərin ildönümünü artıq 3-cü ildir ki böyük qürurla və təntənə ilə qeyd edir.
Tədbirdə, həmçinin tanınmış sənətçilərin, şəhid övladlarından ibarət "Zəfər sədası" xor qrupunun ifasında vətənpərvərlik musiqiləri səsləndirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə