Deputat: Erməni xalqı saxtakar keşişə yerini göstərməlidir
Yusif Nəzərli
07:12 24.05.2024
Siyasət
357
Məlum olduğu kimi bu gün Ermənistanda ictimai-siyasi gərginlik davam edir, gərginliyin əsas körükçüsü isə Baqdan Qalstanyan adında din dəllalıdır.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, ayın 26-da Baqdan Qalstanyan yenidən “izdihamlı” mitinqlər təşkil etməyi planlaşdırır: “Tarix boyu Azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına mane olan əsas qurumlardan biri də erməni kilsəsi olub. Kilsə bu gün də eyni siyasəti davam edir. Əslində, səmavi dinlərin tarix boyu bəşəriyyətə göndərilməsinin əsas səbəbi xalqlar arasında sülhü və barışı təmin etmək olub. Heç bir din insanlığı müharibəyə və düşmənçiliyə çağırmayıb. Bu addımlarla erməni kilsəsi öz dininə və onun ehkamlarına da xəyanət edir. Bəs yaxşı Baqrat erməni cəmiyyətinə nə təklif edir. Sülhün alternativi müharibədir. Ermənistan dövləti və cəmiyyəti müharibəyə hazırdırmı? Hesab edirəm ki, erməni xalqı bu saxtakar keşişə və onun arxasında qorxaqcasına gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət