Amerikalı milyarder iş adamı İlon Maskın sərvəti bir sutka ərzində 39,7 milyard dollar artıb.
Teleqraf xəbər verir ki, bu barədə şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg” agentliyinin “Milyarderlər indeksi”ndə (Bloomberg Billionaires Index) məlumat verilib.
Cümə günü Nasdaq birjasında “SpaceX” şirkətinin səhmləri 4,83 faiz bahalaşaraq 133,59 dollara çatıb. “Tesla” səhmləri isə ticarət sessiyasını 5,22 faiz artımla, hər səhm üçün 400 dollar qiymətində başa vurub.
Bir sutka ərzində Maskın sərvəti 4,8 faiz artaraq 859 milyard dollara çatıb. O, “Bloomberg”in “Milyarderlər indeksi”ndə birinci yerdədir.
İyunun 12-də Mask təsis etdiyi “SpaceX” şirkətinin səhmlərinin ticarətə başlamasından sonra sərvəti 1 trilyon dolları keçərək dünyada bu həddə çatan ilk şəxs olub. İyunun 24-də isə onun aktivlərinin dəyəri 957 milyard dollara düşüb. Beləliklə, Mask təxminən iki həftə trilyonçu statusunda qalıb.
Oktyabr ayında da Maskın sərvəti yenidən 1 trilyon dolları ötüb.