Mingəçevirdə maşın motosikletlə toqquşub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə N. Nərimanov küçəsində baş verib.
"Hyunday Elantra" markalı avtomobil motosikletlə toqquşub. Müxtəlif bədən xəsarətləri alan motosikletçi ətrafdakıların köməyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.