Türkiyəli general: Zəngəzur dəhlizi açılmasa, Ermənistan tamam çökəcək
Yusif Nəzərli
07:59 07.02.2025
Cənubi Qafqaz
663
Paşinyan əgər ölkəsinin tranzit ölkəsi olmağını istəyirsə, İranın və ya Qərbin ona təsir etməsinə imkan verməməlidir
Yücel Karauz: “2025-ci il olmasa da, 2026-cı ildə bu dəhlizin açılacağını, ölkə başçılarının qərarlarının öz təsirini göstərəcəyini güman edirəm”
“İranın zənginləri, siyasi elitası, dini təbəqəsi Zəngəzur dəhlizinin açılmasının əleyhinədir”.
Bu sözləri erməni politoloq Abraam Qasparyan yerli mediaya geniş müsahibəsində deyib. “Amma istisna etmirəm ki, Paşinyan Qarakilsə üzərindən Zəngəzur dəhlizi təklif edəcək. Əgər Mehridən yox, Qarakilsədən dəhliz açılsa, İran müdaxilə edə bilməz”.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz da “Sherg.az"a açıqlamasında Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu deyib:
“Bu yaxınlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngəzur dəhlizi gec, ya tez, açılacaq. Bu, qaçılmazdır. Bu layihənin gerçəkləşməməsi ilk növbədə Ermənistanın çökməsinə səbəb olacaq. Üçtərəfli sazişin sonuncu maddəsində də dəhlizin açılması məsələsi açıq şəkildə bəyan edilib.
Azərbaycan hər zaman olduğu kimi həyata keçirdiyi çoxşaxəli siyasətinin nəticəsi olaraq nəqliyyat yollarının Gürcüstan və ya İran üzərindən həyata keçirilməsi üçün lazımi tədbirlər görüb. Ermənistanın “paşa gönlü bilir”. Nikol Paşinyan əgər ölkəsinin tranzit ölkəsi olmağını istəyirsə, İranın və ya Qərbin ona təsir etməsinə imkan verməməlidir. Azərbaycanın və Türkiyənin prezidentləri dəfələrlə qeyd ediblər ki, Zəngəzur dəhlizinin açılması iqtisadi baxımdan ən çox Ermənistanın maraqlarına uyğun olacaq. Çinin və Rusiyanın bu məsələdə Ermənistana təzyiq etməsini, Üçtərəfli sazişdən irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə dair tövsiyələr verməsini vacib hal hesab edirəm. Zəngəzur koridoru, sadəcə, Naxçıvanı Azərbaycana bağlayan bir məsələ deyil. Bu layihədə həm Çini, həm də Rusiyanı maraqlandıran məsələlər mövcuddur.
Bu baxımdan 2025-ci il olmasa da, 2026-cı ildə bu dəhlizin açılacağını, ölkə başçılarının qərarlarının öz təsirini göstərəcəyini güman edirəm”.
Y.Karauz Rusiya və Çindən fərqli olaraq, Zəngəzur dəhlizinin açılması ilə gedən proseslərə İranın bir sıra narahatlıqlarının mövcud olduğunu vurğulayıb:
“Zəngəzur dəhlizi Ermənistanın ərazi bütövlüyü üçün təhlükə deyil. Heç kim kiminsə ərazi bütövlüyünü, sərhədlərini dəyişdirmək niyyətində deyil. Əgər İran sərhədlər üçün bu qədər narahat olurdusa, niyə 30 il Azərbaycan torpaqlarının işğal altında qalmasına susdu? Məsələ burasındadır ki, Zəngəzur dəhlizi İrana zərər verəcək bir layihə deyil. Sadəcə, İran bunu anlamaq istəmir. İran ağıllı siyasət həyata keçirərsə, bu dəhlizdə rolu artar. Amma İran mənasız səbəblər və müxtəlif bəhanələrlə dəhlizin Mehridən keçməyinə qarşı çıxır. Əslində, dəhlizi açmaq üçün İranın icazəsinə heç ehtiyac da yoxdur. Burada yeganə əngəl Azərbaycanla Ermənistan arasındakı gərginlikdir və yaxın zamanlarda sülh danışıqları fonunda bunun da aradan qalxacağını zənn edirəm. Zəngəzur dəhlizinin açılması ilə birlikdə Ermənistan və Azərbaycan arasında problemlər həllini tapacaq, regional əlaqələr inkişaf edəcək. Yuxarıda da qeyd etdiyim kimi, Türkiyə və Azərbaycan bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər və artıq proses sona çatmaqdadır. Vaxtı gəldikdə Zəngəzur dəhlizi mütləq şəkildə açılacaq. Necə ki Qarabağ problemi əksər dünya ölkələrinin istəməməyinə rəğmən həllini tapdısa, Zəngəzur dəhlizi də tezliklə həllini tapacaq. İran tərəfi isə nə danışırsa danışsın, hamısı boşdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya