132 il sonra tapıldı: Şüşə 1886-cı ildə bir gəmidən dənizə atılıb
132 il sonra tapıldı: Şüşə 1886-cı ildə bir gəmidən dənizə atılıb
12:59 14.08.2024
Dünya
520
Avstraliyanın Vedge adasına səyahət edən Tonya İllman çimərlikdə bir şüşə tapıb və bu, onun diqqətini çəkib. Şüşənin içində kağız parçası olduğunu görən qadın bunun bəlkə də əsrlər əvvəl dənizçilər tərəfindən atıldığını ehtimal edərək şüşəni götürüb.
Bu cür şüşələr adətən gəmilər qəzaya uğrayanda, dənizçilər yolu azdıqda içərisinə qeydlər yazılmış kağız parçası qoyularaq dərin sulara atılır. Bu ümidlə ki, kimsə onu tapacaq və içindəki kağızı oxuyub nə baş verdiyini biləcəklər. Tonya İllman, "sahildə gəzərkən bir şüşə gördüm. Qədim şüşəyə bənzəyirdi. Xoşuma gəldi və onu götürdüm. Evə gələndə içindəki kağız məni düşündürdü. Orada nə yazıldığını bilmək istədim. Oğlumun dostu kağız parçasını şüşənin içindən çıxardı. Orada alman dilində nələrsə yazılmışdı. Araşdırdıq, məlum oldu ki, bu, Alman Dəniz Müşahidəçiləri tərəfindən okean sularının axınını öyrənmək məqsədilə icra olunan tədqiqat zamanı yazılıb. Orada tədqiqat gəmisinin adı, olduğu yer, tarix haqqında məlumatlar yazılıb. Həm də şüşəni tapanlardan onu hara aparmalı olduqları da qeyd edilib. Tonya və həyat yoldaşı şüşəni Qərbi Avstraliya Muzeyinə təhvil veriblər. Mütəxəssislər aydınlaşdırıb ki, şüşə 1886-cı ildə Galliya Cardiffdən İndoneziya Makassara gedən bir gəmidən dənizə atılıb. Qərbi Avstraliya Muzeyi və Alman Dəniz Müşahidəçiləri tərəfindən kağızdakı yazılar analiz edilib, şüşənin 1886-cı ilə aid olduğu təsdiqlənib. 132 il əvvələ aid şüşə Avstraliya Muzeyinə hədiyyə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm