14 il sonra ilk dəfə İsrail lideri Türkiyəyə səfər edəcək
Yusif Nəzərli
07:25 06.03.2022
Dünya
484
İsrail Prezidenti İsaak Hersoq martın 9-10-da Türkiyəyə rəsmi səfər edəcək.
Bu barədə İsrail Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumata görə, Hersoq xanımı ilə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfər edəcək.
Ankarada Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılanacaq Hersoq Ərdoğanla görüşəcək.
İsrailin Baş Nazirliyi və Xarici İşlər Nazirliyi ofislərinin koordinasiyası ilə təşkil ediləcək səfər zamanı iki lider müxtəlif ikitərəfli məsələləri, o cümlədən İsrail – Türkiyə münasibətlərini, dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi potensialını müzakirə edəcəklər.
Səfər çərçivəsində Hersoq İstanbulda yəhudi icmasının üzvləri ilə də görüşəcək.
İsrail Prezidenti Administrasiyası Ərdoğanın vəzifəyə başlayarkən Hersoqa zəng edərək onu seçilməsi münasibətilə təbrik etdiyi də diqqət çəkib. Bu telefon danışığının son illərdə davam edən əlaqə kəsintisindən sonra İsrail və Türkiyə arasında dialoqun bərpasına səbəb olan görüş olduğu qeyd edilib.
İsaak Hersoq 2008-ci ildən Türkiyəyə səfər edən ilk İsrail lideri olacaq.
Mənbə: Haber Global
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region