Oyundankənar vəziyyətdədirlər
Yusif Nəzərli
09:00 16.11.2021
Siyasət
511
Elxan Şahinoğlu: “Həmsədrlər özləri də anlayır ki, onlar üçün fəaliyyət sahəsi qalmayıb”
“ATƏT-in Minsk qrupunun həmsədrləri sonuncu bəyanatı da boş söz yığnağıdır”. Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, həmsədrlər özləri də anlayırlar ki, oyundankənar vəziyyətdə qalıblar və bölgəyə gələcək səfərlərinin də əhəmiyyəti yoxdur: “Həmsədrlərin içərisində bircə rusiyalı diplomat rahatdır ki, ölkəsi Qarabağ məsələsində əsas vasitəçi statusunu əldə edib.
Bu bəyanatın mətnindən də görsənir ki, həmsədlər üçün fəaliyyət sahəsi qalmayıb. Bəyanatda vurğulanan “məhbusların dəyişdirilməsi”, “minaların təmizlənməsi” və digər məsələlərin həlli ilə ayrı-ayrı dövlətlər və birliklər - Rusiya, Gürcüstan, ABŞ və Avropa İttifaqı məşğul olurlar, onların özlərinə isə həmsədrlik institutu gərəkli deyil. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə gəldikdə isə o, vəzifəsini faktiki müharibədən sonra itirib. Çünki onun səlahiyyətləri Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə monitorinq xidmətinə keçib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya