Qarabağla bağlı animasiya filmləri çəkilir - Nazirlik
Qarabağla bağlı animasiya filmləri çəkilir - Nazirlik
05:57 20.02.2022
Gündəm
521
2022-ci il ərzində Mədəniyyət Nazirliyi müxtəlif mövzulu və metrajlı filmlərin istehsalı ilə bağlı müsabiqələr elan edəcək. Bu müsabiqələr nəticəsində qalib olan layihələrin animasiya və Qarabağ mövzusunda olacağı da istisna deyil.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, ötən il müsabiqədə seçilən 11 film layihəsinin istehsalı istiqamətində tamamlanma işləri davam etdirilir.
"Bu 11 filmdən 2-i animasiya filmidir. Qeyd edək ki, bu filmlərdən biri "Qarabağ nağılı", digəri isə "Tarix" adlanır. "Qarabağ nağılı" adlı layihə "Birlik" studiyasının istehsalıdır. Filmin rejissoru və ssenari müəllifi Firəngiz Qurbanovadır. Film zəfər günündə ata ilə uşağın söhbətindən bəhs edir. Ata övladına xeyirin şər üzərində qələbə çaldığı bir nağıl danışır.
"Tarix" filminin rejissoru Ceyhun Türksoy, ssenari müəllifi Orxan Behbiddir. Film "OB film" studiyasının istehsalıdır. Film Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən balaca oğlan haqqındadır.
Hər iki film bu ilin ilk yarısında təhvil veriləcək, daha sonra isə azyaşlı tamaşaçılara təqdim olunacaq", – deyə əlavə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya