Komitə sədri Qlobal Diaspor Sammitinin sessiyasında iştirak edib
Yusif Nəzərli
11:29 05.04.2022
Gündəm
785
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu il aprelin 1-dən işinə başlayan Qlobal Diaspor Sammiti-2022-nin sessiya iclasında iştirak edib.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Sessiyada Azərbaycanla yanaşı, Türkiyə, Ukrayna, İraq, Gürcüstan və bir sıra başqa dövlətlər də təmsil olunub.
Komitə sədri rəhbərlik etdiyi qurumla bir çox beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı ölkələrin müfaviq qurumları arasında memorandumlar imzalandığını, ortaq diaspor layihələrinin reallaşdırıldığını, əməkdaşlıq çərçivəsində nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.
Sessiya iştirakçılarına əlavə olaraq Azərbaycanın uğurlu diaspor siyasəti, həyata keçirilən layihələr, o cümlədən Diaspor Gənclərinin Yay düşərgələri, “Liderliyin İnkişafı”, “Diaspor Gəncləri 1+1”, “Beyinqazanma” proqramları və digər layihələr haqqında ətraflı məlumat verilib, diasporun təşkilatlanması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə danışılıb.
Xatırladaq ki, Qlobal Diaspor Sammiti-2022 İrlandiya Hökuməti və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunub. I Sammit 2003-cü ildə keçirilib və bu il Azərbaycan sammitdə ilk dəfə təmsil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial