Sanksiyalar qaçılmaz olacaq
Yusif Nəzərli
02:06 29.06.2022
Dünya
611
Belarusun müharibəyə qoşulması ağır nəticələr verəcək
Rusiya Prezidenti Vladimir Putin Belarus rəhbəri Aleksandr Lukaşenko ilə görüşü zamanı Moskvanın yaxın aylarda “İsgəndər-M” raket sistemlərini Minskə təhvil verəcəyini bildirib. Putin deyib ki, ABŞ-ın Avropada 200 taktiki nüvə silahı var və onlardan istifadə üçün 257 təyyarə hazırlanıb. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko üç gün - iyunun 23-dən 25-dək danışıqlar aparıblar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Lukaşenko ilə görüşdə Belarusa nüvə silahının verilməsindən deyil, texniki cəhətdən müxtəlif silah növlərini daşımağa qadir olan komplekslərin ötürülməsindən danışıb. Lakin iddia olunur ki, “İsgəndər-M” raket sistemləri həm adi, həm də “nüvə” variantda Belarusa veriləcək. Moskvanın bu addımı Belarusun da yaxın günlərdə Ukrayna ilə müharibəyə cəlb ediləcəyi kimi dəyərləndirilir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının müşaviri, politoloq Azər Qasımov “Şərq”ə bildirib ki, Rusiyanın Ukraynaya ekspansiyasında Belarusun rolu və məsuliyyəti ən azı Rusiya qədərdir. Ekspert vurğulayıb ki, iki ölkə başçısının son görüşündən sonra Belarusa raket sistemləri ötürülməsi müharibənin gedişində əsaslı dönüş yaratmaq gücündə deyil:
“Belarus Rusiya üçün hər zaman sözün əsl mənasında for-post ölkə olub, indi də elədir. Belarusa hansısa silah sistemini gətirmək və yerləşdirmək problemli məsələ deyil və Rusiya üçün bir-iki günlük işdir. Belə bəyanatlar kimlərəsə hədə gəlmək məqsədi daşıyır. Müharibədən bir neçə ay əvvəl Rusiya Belarus-Polşa sərhədinə minlərlə suriyalı qaçqın yığmaqla kriz yaratmağa cəhd edirdi. Moskva Avropaya təzyiq etmək üçün bunu təşkil edirdi. İndi də Belarusa raket sistemləri daşımaqla, NATO-nun Belarusla sərhəd ölkələrinə təzyiq etməklə Ukraynaya dəstək olmaqdan çəkindirmək istəyir. Minsk özünü Ukrayna müharibəsindən kənar hesab etsə də, rus ordusunun Belarus ərazisindən Ukraynaya hücumu zamanı artıq Belarus öz tərəfsizliyini itirib və tərəf olub. Bu baxımdan Belarus ərazisinin və ordunun yenidən istifadə edilməsi yeni durum yaratmır”.
A.Qasımova görə, Belarus ordusunun da birbaşa müharibəyə qoşulması savaş arealını genişləndirər:
“Bu, NATO-nun daha böyük qüvvə ilə Ukraynaya dəstəyini labüd edər. Bu durumda təbii olaraq Ukrayna məğlub duruma düşər. NATO təmsilçilərinin əsas məqsədi Rusiyanı bu müharibədən məğlub çıxartmaqdır. Belarusun Rusiyanın yanında açıq şəkildə müharibəyə qoşulması Minsk üçün də ağır nəticələrə səbəb ola bilər. Rusiyaya tətbiq edilən sanksiyalar Belarusa da tətbiq olunar. Belarus hələki böyük ölçüdə Rusiya üçün nəfəslik rolu oynayır. İki ölkənin sanksiyalar altında qalması Rusiyanın işini daha çətinləşdirər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm