Son zamanlar dağınıq skleroz xəstəliyi çox yayılıb
Yusif Nəzərli
08:26 30.06.2022
Sağlamlıq
765
Belə insanların dövlət qayğısıyla əhatə olunması onlara əlavə yardımdır
Onkoloji xəstələr və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər bundan sonra əmək pensiyası da ala biləcək. Bu barədə Prezident İlham Əliyevin imzaladığı "Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanunda qeyd edilir. Bu vaxta qədər mövcud olan “Onkoloji yardım haqqında” qanuna (9-cu maddə) əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var idi. Yeni sənədə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
İndiyədək qüvvədə olan “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna (9-cu maddə) görə də əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət almaq hüququ var. Yeni sənədlə əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Qanuna dəyişikliyi mütərəqqi, onkoloji xəstələr və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə sosial yardım baxımından müsbət adlandıran Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında yeni qanunun adıçəkilən xəstələrə böyük dəstək olacağını qeyd etdi:
- Soruşa bilərsiniz ki, niyə məhz onkoloji xəstələr və dağınıq skleroz xəstələri, cavabı bu olacaq ki, bu xəstəliklər insanın əmək qabilyyətini itirməsinə görədir.
Onkoloji xəstəliklərin mərhələləri, dərəcələri var. Elə ağırlıq dərəcəsi var ki, insanın əmək qabiiliyyətini itirməsinə gətirib çıxarır. Həmçinin dağınıq skleroz xəstəliyi də əmək qabiliyyətinin tamamilə itirilməsiylə nəticələnir. Həm də son zamanlar dağınıq skleroz xəstəliyi çox yayılıb.
Elə insanlar var təkdir, tənha yaşayır. Köməksizdirlər. Bu cür xəstələrin dövlət qayğısıyla əhatə olunması onlara əlavə yardımdır, köməkdir. Əvvəllər belə idi ki, onkoloji xəstə müayinələrdən keçir, xəstəliyin dərəcəsinə uyğun olaraq ona müavinət təyin edilirdi.
Amma yeni qanunla onkoloji və dağınıq skleroz xəstələrinə əmək pensiyası da təyin edilə biləcək. Bu, həmin şəxslərin maddi vəziyyətinin yaxşılaşmasına kömək edəcək. Ümumiyyətlə, biz həkimlər hər zaman bildiririk ki, onkoloji xəstəliklər, eləcə də bir sıra ağır xəstəliklərin müayinə və müalicəsi icbari tibbi sığorta zərfinə mütləq daxil edilməlidir.
Çünki bu müayinə və müalicələr bəzən çox bahalı olur, hər kəsin bu məsrəfləri qarşılamağa maddi imkanı yetmir. Ümid edirik ki, çağırışlara müsbət reaksiya olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi