Paşinyan sülhə gəlməlidir!
Yusif Nəzərli
06:28 04.08.2022
Dünya
584
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin avqustun 5-də Soçidə keçiriləcək görüşü ərəfəsində Qərbyönümlü Ermənistanın Azərbaycanla sərhəddə silahlı təxribatlara əl atması Rusiya ilə Türkiyənin əməkdaşlıq etdiyi ən həlledici nöqtələrdən birində münasibətləri yenidən gərginləşdirməyə və pozmağa hesablanıb”. Bu barədə Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Elxan Şükürlü "Sherg.az"a deyib. Ekspert bildirib ki, Azərbaycan cəmiyyəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınan, gündə bir bəhanəylə çıxış edən Paşinyan hakimiyyətini, erməni silahlı birləşmələrini yox, daha çox Rusiyanı və onun “sülhməramlı” adıyla Qarabağa yerləşdirdiyi hərbçilərini suçlayır: “Halbuki, normal məntiq onu deyir ki, son 30 il ərzində ilk dəfə Rusiya-Ermənistan münasibətlərində bu qədər problemlər, çatlar yaranmışkən, biz də “düşmənimin düşməni dostumdur” prinsipiylə hərəkət edək. Bundan yararlanmağa çalışaq, nəinki erməni dəyirmanına su tökən davranışlara, çağırışlara yol verək. Avqustun 5-də yenidən görüşəcək Rusiya və Türkiyə liderləri hamıdan daha yaxşı bilirlər ki, onların hər ikisini devirməyə Bayden administrasiyasının əlində əsas alətlərdən birinə çevrilmiş Paşinyan hökumətini sərt cəzalandırmayanadək, qeyri-müəyyən Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin də hər an irimiqyaslı müharibəyə çevrilmək riski qalacaq. Bu cür riskli, qeyri-müəyyən durumun qalması isə təkcə Ermənistanda yox, Rusiya-Türkiyə əməkdaşlığında ən önəmli nöqtə olan Azərbaycanda da ictimai rəyi Rusiyanın əleyhinə çevirərək, onun tərəflər arasında təkbaşına sülhməramlı missiyanı yerinə yetirə bilmədiyi qənaətini artırır və bölgəyə NATO qüvvələrinin gətirilməsi çağırışlarını edənlərin mövqeyini gücləndirir. Ümid edirəm, Ukrayna savaşının danışıqlarla çözülməsində üzərinə böyük missiya düşən Ərdoğanın Putinlə budəfəki Soçi görüşü 2016-cı ildən üzü bu yana yürüdülən “toqquşan nöqtələrdə əməkdaşlıq” siyasətinin pozulmasına deyil, daha da inkişaf etdirilməsinə təkan verəcək. Paşinyan Ermənistanın öhdəliklərinin yerinə yetirilməsində, sülhə sövq edilməsində əhəmiyyətli rol oynayacaq. Hələlik bütün diqqətlər qeyri-müəyyən və qeyri-sabit Ermənistan-Azərbaycan sərhədlərinədir. Azərbaycan Silahlı Qüvvələri 5 avqust görüşünədək erməni silahlı birləşmələrinin bütün təxribatlarını uğurlu əks-əməliyyat tədbirlərinə çevirməyi bacarmalıdır!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət