
Azərbaycan-Ermənistan liderlərinin görüşünün mümkün Tbilisi formatı: Rusiya razıdırmı? - ŞƏRH
08:17 22.01.2023
Gündəm
566
"Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Bu iclası Qərb siyasi qütbündə mühüm iqtisadi arteriya olan Avropa İttifaqının Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığına töhfə verən missiyasının davamı kimi şərh etmək olar".
"Sherg.az" xəbər verir ki, bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib.

Analitik bildirib ki, iclasda Prezident İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı Yohannes Han və “Limak” şirkətlər qrupunun sədri Ebru Özdemir iştirak ediblər:
"Müzakirələrin cövhərini Azərbaycanın Avropanın enerji bazarlarındakı rolunun artması, qarşıda duran çağırışlar, yeni layihələrin canlandırılması təşkil edib. Çıxışlar daha çox enerji sektorundakı amillər üzərində olsa da, həmin cümlələrin ruhunda təhlükəsizlik, kollektiv müdafiə siyasəti üçün səylərin birləşdirilməsi barədə tezislər mövcud idi. Çünki Davosdakı bu panel iclas Rusiya-Ukrayna müharibəsinin qlobal nəticələrinin aydınlaşmasına və münaqişənin Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələrinə hansı təzyiqlər yaratmasına verilən reaksiyalar zəncirinin həlqəsi idi. Dövlət başçısı İlham Əliyev regional təhlükəsizlik sferasında Ermənistanın zərərli mövqedə dayandığına bir daha işarələr etdi və İrəvanın Bakı ilə sülh prosesindən qaçdığını göstərdi. Ölkə rəhbəri dedi ki, "Ermənistan Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı təkliflərinə cavab verməyib. Ermənistan Gürcüstanın vasitəçiliyi ilə Tbilisidə liderlər səviyyəsində görüş keçirilməsi təklifini rədd edib. Əgər üç Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar". Bu ideallar Avropa İttifaqı və Türkiyə üçün lazımdır. Hərçənd ki, NATO-nun lideri ABŞ-nin, ona əks qütbdə dayanan Rusiyanın mövqeyi Azərbaycan-Gürcüstan-Ermənistan üçbucağının çəkilməsində böyük maneələrdir".
A.Kərimov qeyd edib ki, Gürcüstanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik təklifləri onun müstəqil iradəsinin məhsulu deyil:
"Tbilisi bu məsələdə Qərbin maraqlarının tələbləri əsasında hərəkət edir. Lakin Gürcüstandakı hökumətin Rusiyadan çəkinməsi onu Moskvanın da maraqlarını nəzərə almağa vadar edir. Bununla da Azərbaycan-Ermənistan liderlərinin görüşünün mümkün Tbilisi formatı Qərblə Rusiya arasındakı rəqabəti də tənzimləyə bilən xassəyə malikdir. Ancaq Azərbaycan və Türkiyə Gürcüstanın NATO ilə Rusiyanın didişmə poliqonu xarakteri qazanmaması üçün əllərindən gələni edirlər. Bu baxımdan Tbilisi formatı elə qurulmalıdır ki, Gürcüstan Rusiyanın hədəfinə gəlməsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya