
Əliyevin Türkiyə səfəri: Bakı və Ankara birgə siyasətini koordinasiya edir
Yusif Nəzərli
08:50 28.02.2023
Aktual
456
"Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri əsasən zəlzələdə qardaş ölkəyə dəstək və digər aktual məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir". Bunu Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, regionda ciddi proseslər gedir:
"Türkiyə Cənubi Qafqazda əsas söz sahiblərindən biridir. Son aylar Ermənistanda anti- Rusiya isteriyasi fonunda Azərbaycana Kreml tərəfindən müsbət referanslar edilir.

Çünki Ermənistanda siyasi mövqeləri zəifləyir və Avropa İttifaqı çətiri altında Fransanın siyasi dəstəyi artır. Bu da regionda yeni yanaşmalar ortaya qoymağı tələb edir.
Ona görə də Türkiyə və Azərbaycan həlledici situasiyada Ermənistan üzərindən yeni bir təhdidlərə də hazır olmalıdır. İlk növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində Vaşinqton-Brüssel tandemi aktiv hərəkətə keçib. Bir tərəfdən də Rusiyanın yeni sülh planı var. Həmçinin Qarabağda Ruben Vardanyan planı fiaskoya uğrayaraq Kreml məcbur olub Bakıya güzəştlərə gedir".
Ekspert vurğulayıb ki, Azərbaycanla Türkiyə Rusiyanın bu yanaşmasından mütləq nəticələr çıxarıb məsləhətləşmələr aparmalıdır: "Rusiya regionda qalıcı sülhdə maraqlı deyil və yeni bir təxribatlara da gedə bilər. Bundan əlavə, bu səfər çərçivəsində Azərbaycan Qərbin, yaxud Moskvanın vasitəçiliyinə üstünlük vermək üçün Ankara ilə məsləhətləşmələr apara bilər.
Prezident İlham Əliyev bir siyasət ortaya qoyur ki, Ankaranın regionda qalıcılığı qorunub saxlanılsın və proseslərdə dinamik iştirakçılığı davam etsin. Həmçinin Ermənistan ərazisindən Zəngəzur dəhlizində nəzarət buraxılış məntəqəsi və bunun paralelində Laçın dəhlizində Azərbaycanın nəzarət buraxılış məntəqəsinin qurulması müzakirə ediləcək. Çünki Ermənistan eksterritorial dəhliz verməyəcəyini rəsmən bəyan edir. Yeni bir təkliflər masaya gətirilib.
Prezident İlham Əliyevin səfəri bir daha göstərir ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində Qərblə Rusiya arasında davam edən rəqabətdə obyektiv bir yanaşma ortaya qoyaraq Türkiyə ilə birgə siyasətini koordinasiya edir.
Moskvanı neytrallaşdırması üçün Türkiyənin bizim yanımızda olması ən başlıca amildir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında Türkiyənin də iştirakı gündəliyə gələcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya