Türkiyənin İzmir şəhərində poladəritmə zavodunda baş verən partlayış nəticəsində həyatını itirən dörd işçinin cənazəsi torpağa tapşırılıb.
Sherg.az xəbər verir ki, ölənlər arasında 25 yaşlı maşın mühəndisi Kadir Kaan Özçelik, Göksel Ünaldı, Fatih Işık və Ersin Oğuz da var.

Məlum olub ki, 42 yaşlı Göksel Ünaldı hadisə günü zavodda ilk iş gününə çıxıb. O, podratçı şirkət vasitəsilə qazanların təmizlənməsi işinə cəlb olunub və işə başladıqdan cəmi üç saat sonra baş verən partlayışda həyatını itirib.
Ünaldının cənazəsi Aliağa rayonunda, Kadir Kaan Özçelikin cənazəsi Menemen rayonunda, Ersin Oğuzun cənazəsi Kınık rayonunda, Fatih Işıkın cənazəsi isə doğulduğu Kırıkkale şəhərində dəfn edilib.
Qeyd edək ki, zavodda baş verən partlayışla bağlı araşdırma çərçivəsində 11 şübhəli prokurorluğa göndərilib.
