Prezident İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunu qəbul edib - YENİLƏNİB
Yusif Nəzərli
08:49 01.03.2023
Gündəm
418
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorinonu qəbul edib.
"Report" xəbər verir ki, Antonio Vitorino Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvət edildiyinə görə təşəkkürünü bildirib, bu sammitin hazırda beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından çox yaxşı fürsət yaratdığını deyib.
Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında çox sıx əlaqələrin olduğunu vurğulayan dövləti başçısı Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak etdiyinə görə Antonio Vitorinoya minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin bu Hərəkatın daha da təsisatlanması istiqamətində bir sıra təşəbbüslərlə çıxış etdiyini bildirib.
Ölkəmizlə rəhbərlik etdiyi təşkilatın səmərəli əməkdaşlığına görə təşəkkürünü ifadə edən Antonio Vitorino Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Beynəlxalq Miqrasiya Təşkilatı öz təcrübəsindən çıxış edərək bu prosesə dəstək verə bilər. O həmçinin deyib ki, bu təşkilat yarandığı gündən bəri dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin və qaçqınların qayıtması üzrə çox geniş təcrübəyə malikdir və bu təcrübəni Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır.
Antonio Vitorino ölkəmizdə Beynəlxalq Miqrasiya Təşkilatının regional təlim mərkəzinin yaradılmasının vacibliyini qeyd edib, bu mərkəzin həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcəyini deyib.
Qonaq Azərbaycanın qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə məşvərətçi proses olan 2023-2024-cü illər üzrə Almatı prosesinə sədrliyini qeyd edərək miqrasiya ilə bağlı davamlı dialoqun və məlumat mübadiləsinin müzakirəsi baxımından bu platformanın əhəmiyyətini vurğulayıb.
Görüşdə azərbaycanlı mütəxəssislərin Beynəlxalq Miqrasiya Təşkilatında və BMT-nin digər strukturlarında təmsilçiliyinin artırılmasının vacibliyi bildirilib.
Antonio Vitorino Azərbaycanın yeni donor ölkə kimi təşkilatın büdcəsinə verdiyi maliyyə töhfələrinin də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
11:03
Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorinonu qəbul edib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya