Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib
Yusif Nəzərli
08:19 01.03.2023
Gündəm
573
Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
"Report" xəbər verir ki, aksiyada Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları, agentliyin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, 300-dən çox qeyri-hökumət təşkilatları, media nümayəndələri iştirak ediblər.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.
Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Aksiya zamanı Bakı və Abşeron şəhərinin iqliminə uyğun olaraq 3 hektar əraziyə 2000-dən çox Eldar şamı, zeytun ağacları əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya