Ərdağandan türk diasporuna çağırış
Yusif Nəzərli
14:02 29.04.2023
Aktual
581
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edərək xaricdə yaşayan türklərə səslənib.
Bakupost.az HaberTürk-ə istinadən xəbər verir ki, Prezident Ərdoğan Tvviterdəki paylaşımında əvvəlki iqtidarların illərlə xaricdə yaşayan vətəndaşlara məhəl qoymadıqlarını bildirib:
"Ancaq valyutaya ehtiyac duyduqları zaman sizi xatırladılar. Biz isə hər problemdə yanınızda olduq, sizə hüquqlarınızı təmin etdik".
Prezident Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan vətəndaşların parlamentdə təmsilçiliyinə diqqət yetirəcəyini, onların tələblərinin təmin olunacağını bildirib:
"Xaricdə borclanaraq təqaüdə çıxanlara tam ştatlı işləmək hüququ verəcək, ikitərəfli razılaşmalar çərçivəsində Türkiyədə hərbi xidmətin tanınmasını təmin edəcək, hər il xaricdə yaşayan 10 min gənci Türkiyəyə gətirəcəyik".
Türkiyə prezidenti qeyd edib ki, xaricdəki ixtisaslı gənclərin Türkiyədə işə götürülməsinə şərait yaradılacaq: "Türkiyəyə gətirdiyiniz nəqliyyat vasitələrinin yenidən ölkəyə girişi üçün ölkə xaricində qalma şərtini 30 günə endirəcəyik. Xaricdə yaşayan Türkiyə vətəndaşları üçün fərdi mənzil layihələri hazırlayacaq, həmçinin, ailə və səyyar konsulluq xidmətlərinin sayını artıracağıq".
Rəcəb Tayyib Ərdoğan Türk Əsrini "Güclü Türkiyə, Güclü Diaspora" şüarı ilə quracağını bildirib:
"Birik, ikiyik, diriyik. Sizinlə birlikdə Türkiyəyik. Sizdən 14 mayda yenidən dastan yazmağınızı gözləyirəm. Sən varsan, Türkiyə var!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz