Çantası oğurlanan iki şəhid anası: Utancvericidir...
09:35 30.04.2023
Cəmiyyət
495
Çantamla birgə onun içində oğurlanan nə pul, nə də mobil telefonun mənim üçün heç bir önəmi yoxdur. Məni ağrıdan telefonumda şəhid övladlarımın fotoları, videoları və səs yazılarının olmasıdır. Övladlarımın xatirəsindən yeganə təsəllimi oğurlayıblar. Oğrunun onları silib itirəcəyindən qorxuram.
Axar.az xəbər verir ki, bu sözləri Mingəçevir Şəhidlər Xiyabanında çantası oğurlanan iki şəhid anası Sevinc Əhmədova deyib.
Vətən müharibəsində eyni vaxtda iki oğlunu - Əli və İslam Əhmədov qardaşlarını itirən şəhid anası başına gələnlərin ağlasığmaz və utancverici olduğunu deyib:
"Görünür, Şəhidlər Xiyabanı heç də hər kəs üçün müqəddəs ünvan sayılmırmış. Həmişəkindən heç nə ilə fərqlənməyən bir ziyarətim idi. Oğullarımı ağladım, qəbirlərin üstünü, başdaşını və ətrafını təmizləməyə başladım. Çantamı övladlarımın birinin qəbrinin üstünə qoymuşdum. Özümdə deyildim. Bir də ayıldım ki, nə çanta var, nə də içindəkilər”.
Sevinc Əhmədovanın sözlərinə görə, çantada elə də çox pul olmayıb, elə mobil telefonu da çox da bahalı deyil:
“Məni ağrıdan və yandıran şey belə bir yerdə oğurluq hərəkəti və ən əsas da telefonunun içində saxlayıb əzizlədiyim və təsəlli tapdığım xatirələrimin itməsidir. Polisə məlumat verilib və onlar oğrunu tapacaqlarına söz veriblər. Tək qorxduğum şey telefonun içindən övladlarımın şəklərinin, videolarının və səs yazılarının silinə biləcəyidir. Olanım iki oğlum idi, onlar da bu Vətən yolunda şəhid oldu. Yeganə təsəllim onlardan qalan telefonumdakı xatirələridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol