Həbsxana hotel oldu
Yusif Nəzərli
09:20 03.05.2023
Aktual
536
Burada ən qatı cinayətkarlar saxlanılırmış
Avstraliyada həbsxana hotelə dönüşdürülüb. “Şərq” xarici mediaya istinadən bildirir ki, bu, bir zamanlar məşhur olan Pentridge həbsxanasıdır. Həbsxana 1851-ci ildə tikilib. Burada ən qatı cinayətkarlar saxlanılırmış. Onlardan biri qatı cinayətkar kimi tanınan Ned Kelli idi. Ned Kellinin həyatı hətta filmlərə ssenari olub və maraqla izlənib. Ned Kelli Avstraliyada məşhur oğru, quldur, soyğunçu kimi tanınırdı, hərçənd xalq arasında ona rəğbət də olub. O, müstəmləkəçilik əleyhinə mübarizə aparan şəxs kimi də məşhurlaşıb.
Onun cinayət dosyesində 16 polis əməkdaşının ölümü var. Deyilənə görə, N.Kelli oğrular yaxalamasın deyə, polisləri qətlə yetirirmiş. N.Kellinin saxlandığı və asıldığı həbsxana indi lyüks hotelə dönüşdürülüb. Həbsxananın dəhlizlərinin uzunluğu 6 kilometrdir. Həbsxananın qalın divarları inşaat işləri aparanları xeyli çətinə salıb.
Təxminən 150 il istifadəsiz qalmış həbsxana artıq hotel kimi fəaliyyət göstərəcək. Həbsxananın geniş həyəti də istirahət zonasına çevrilib. Hoteldə qalanlar həbsxananın tarixi ilə tanış olacaq, məhbusların saxlandığı kameralarda dincələcəklər.
Hotel-həbsxanada maraqlı eksponatlar da nümayiş olunur. Eksponatlar arasında məşhur quldur Ned Kellinin döyuş libası da sərgilənir. Həbsxananı hotelə dönüşdürənlər bunun turistlərin marağına səbəb olacağına və böyük gəlir gətirəcəyinə inanırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:28 10.11.2026
Ekologiya