Burada 11 ildə 318 nəfər boğulub
10:10 04.06.2023
Dünya
1252
Amma yenə də kanalda çimməyi üstün tuturlar
Türkiyənin Adana bölgəsində insan tələfatı sayına görə “lənətlənmiş ərazi” kimi tanınan su kanalında bu yay da ziyarətçi bolluğu yaşanır. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, son 11 ildə su kanalında 318 nəfər boğulub. Ötən il də 30 nəfər batıb.
Ölənlər arasında uşaqlar çoxluq təşkil edir. Lakin havaların istiləşməsiylə kanalda yenə eyni mənzərə yaşanır. Qızmar havada sərinlənmək istəyənlər bu kanala üz tutur, suya baş vururlar. Kanalda çimənlərin çoxu uşaqlardır. Əylənmək və sərinlənmək istəyən uşaqlar suvarma kanalına, Seyhan çayı, Seyhan su anbarı gölünə baş vururlar. Suvarma kanalı Adananın bir çox bölgəsindən keçdiyi üçün kanalda çimənlərin sayı da hər gün artır. Baxmayaraq ki, kanalda ölüm halları çox olur, uşaqlar yenə də sərinlənmək üçün kanalda çimməyi üstün tuturlar. Məktəblər bağlanacaq, uşaqlar kanala daha çox gəlməyə başlayacaq. Bunu nəzərə alan ailələr kanalda çimməyin qadağan edilməsini istəyir. İHA müxbirinin “Kanalda 11 ildə 318 nəfər ölüb. Kanalda çimməkdən qorxmursunuz” sualına cavab verən bir yeniyetmə “Hava çox istidi. Yanırıq. Ölənlərə Allah rəhmət eləsin, biz üzməkdən qorxmuruq. Həyata bir dəfə gəlir insan, ürəyimiz nə istəyir, onu edirik”, cavabını verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
19:44 09.11.2026
Gündəm
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm