Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub
Yusif Nəzərli
15:08 14.06.2023
Gündəm
416
14 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Bobur Usmanov ilə görüşüb.
XİN-dən "Report"a bildirilib ki, görüş zamanı tərəflər Azərbaycanla Özbəkistan arasında tarixi dostluq və qardaşlıq üzərində qurulan ikitərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı perspektivlərini, müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmasların gündəliklərindən irəli gələn məsələləri müzakirə ediblər.
Dövlətlərin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda da əməkdaşlığı və qarşılıqlı dəstək məsələlərini məmnunluqla vurğulayan nazir Ceyhun Bayramov, Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrimizin mövcudluğunu, habelə ticarət, sənaye, kooperasiya, turizm və digər sahələrdə ikitərəfli münasibətlərdə dinamik artım müşahidə edildiyini qeyd edib.
Nazir işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində Özbəkistan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib, bu xüsusda Füzuli şəhərində məktəb tikintisinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Nazir müavini Babur Usmanov qəbula görə təşəkkür edərək Özbəkistanın dost və qardaş Azərbaycanla əlaqələrin daha da inkişaf etdirmək niyyətini vurğulayıb və bu istiqamətdə yeni imkanlardan bəhs edib.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm