Aclıq təriqəti üzvləri həbs edildi
Yusif Nəzərli
17:28 15.06.2023
Dünya
551
Belə adamları 2 il həbs cəzası gözləyir
Keniyada müridlərini ac qalmağa təhrik edərək onlara guya İsa peyğəmbərə qovuşacaqlarını vəd edən təriqət başçısının ifşasından sonra da aclığı davam etdirməkdə qərarlı olanlar həbs edilir.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, təriqət üzvlərinin ölümünə ac qalmalarının səbəb olduğu müəyyənləşdikdən sonra aparılan araşdırmalar nəticəsində təriqət başçısı, “Good News International” Kilisəsinin keşişi Paul Makkenzi həbs edilib.
Ardınca da aclığa məhkum edilmiş təriqət üzvləri toplaşdıqları düşərgədən çıxarılaraq sığınacağa yerləşdirilib. Lakin sığınacaqda üzvlər yenə aclığı davam etdirməyə cəhd göstərib, yeməkdən imtina ediblər. Belə olduqda yerli polis təriqət üzvlərindən 65 nəfəri intihara təşəbbüs ittihamıyla həbs edib. Keniyada özünə qəsd cinayət əməli hesab edilir. Və buna təşəbbüs edənlər cinayət məsuliyyətinə cəlb edilir. Belə adamları 2 il həbs cəzası gözləyir. Sajahanadi Xilasetmə Mərkəzində yeməkdən imtina edən 65 nəfər barəsində də cinayət işi açılıb və onlar həbsxanaya göndərilib. Prokurorluq bu insanların həmçinin psixoloji müayinədən keçirilməsini tələb edib. “Aclıq təriqəti” ilə bağlı istintaq bu ilin aprel ayında başlayıb. 260 nəfərin öldüyü müəyyənləşib, 613 nəfər hələ də itkin sayılır və axtarışdadır. Təriqət başçısı keşişin məhkəməsi isə təxirə salınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm