"Ordumuz düşmən mövqelərini darmadığın edib"
Yusif Nəzərli
10:16 16.06.2023
Gündəm
675
"Dünən toqquşmaların baş verdiyi Zəngilan istiqamətində bu gün qismən sakitlikdir".
Bunu"Sherg.az"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev dünən sərhəddə baş verən toqquşmadan danışarkən deyib.
O bildirib ki, düşmən mövqeləri ordumuz tərəfindən darmadağın edilib və bunun görüntüləri mövcuddur:
"Lakin düşmən bu gün əvvəlcə Gədəbəy və Şuşa, daha sonra isə Naxçıvan istiqamətində yerləşən mövqelərimizi atəşə tutub. Ümümiyyətlə dünən baş verən təxribatlardan sonra eskalasiya təhlükəsi hələ də qalır. Hesab edirəm ki, Azərbaycan tərəfi sərhəddə antiterror əməliyyatları yox, hansısa cavab tədbiri həyata keçirəcək".
Ekspert əlavə edib ki, rəsmi Bakı rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ iqtisadi rayonununda cəzəlandırma və antiterror əməliyyatı həyata keçirmək məcburiyyətindədir:
"Çünki Laçın keçid sərhəd məntəqəsi qurulduqdan sonra, Ermənistanın sərhəddə və rusların müvəqqəti nəzarətində olan ərazilərdə təxribatları dayanmır. Belə təqdirdə isə Azərbaycan tərəfi qanunsuz birləşmələri daha təsirli metodlarla başa salmaq üçün ciddi addımlar ata bilər".
Xatırladaq ki,15 iyun 2023-cü il tarixdə, saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan hərbçisini yaralayan 2 erməni snayperi zərərsizləşdirilib.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb. Bildirilib ki, baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçid açılmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual