
Fərhad Cabbarov: Polad Həşimovun şəxsi əşyalarının nümayişi üçün xüsusi vitrin ayırmışıq
10:04 12.07.2023
Aktual
693
Qələbəmizin müjdəsi - Aprel döyüşlərinin üçüncü ildönümündə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun ailəsi daha bir nümunəvi addım atıb. Şəhid generalın şəxsi əşyaları ailəsi tərəfindən Azərbaycan Milli Tarix Muzeyinə təqdim olunub.

Bu barədə “Sherg.az” Milli Tarix Muzeyindən məlumat əldə edib. Muzeyin elmi işlər üzrə direktor müavini Fərhad Cabbarov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 3-cü Ordu Korpusunun Komandir müavini, Qərargah rəisi (2017–2020), şəhid Polad Həşimovun şəxsi əşyaları -hərbi kəməri, üzərində “Azərbaycan Ordusu 100 il” yazılmış qələmi, təsbehi və əlyazmaları onun həyat yoldaşı Ofelya Salmanova tərəfindən muzeyə təqdim edilib. “Muzeyin yeni qurulan ekspozisiyasında general-mayor Polad Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayırmışıq”, söyləyən F.Cabbarov bildirdi ki, ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.
Qeyd edək ki, ağır döyüşlər zamanı düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu- general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı, müddətdən artıq hərbi xidmət qulluqçuları- Elçin Mustafazadə, Nazim İsmayılov, Vüqar Sadıqov, baş leytenant Rəşad Mahmudov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəliblər.
Oxşar xəbərlər
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
01:58 09.11.2026
Zaur Məmmədov: “Qarabağ Zəfəri Azərbaycanın dövlətçilik strategiyasının təntənəsidir”
20:22 08.11.2026
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya