Yol infrastrukturu, xüsusilə yol nişanları, işıqforlar, xətləmə kimi problemlər aradan qaldırılmalıdır
Cərimələrin artırılması problemləri həll etməyəcək
Yusif Nəzərli
12:16 19.07.2023
Cəmiyyət
565
Ola bilsin, intizamsızlığa meyilli sürücülər bir daha diqqətli olsun, amma bu hamı üçün keçərli deyil
Yol infrastrukturu, xüsusilə yol nişanları, işıqforlar, xətləmə kimi problemlər aradan qaldırılmalıdır
Yol infrastrukturu, xüsusilə yol nişanları, işıqforlar, xətləmə kimi problemlər aradan qaldırılmalıdır
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılıb.
Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Sözügedən dəyişikliyi şərh edən hüquqşünas, Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov “Sherg.az”a açıqlamasında deyib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyin əsas mahiyyəti nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin artırılması ilə bağlıdır:
“Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat, 61 km/saat və daha artıq aşmağa görə isə 300 manat cərimə tətbiq olunacaq. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə cərimə 150 manat,
standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat məbləğində cərimə ediləcəklər. İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklərdə nəzərdə tutulan maddələrdən biri də sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarəetməyə görə məsuliyyətin dəqiqləşdirilməsidir. İlk dəfə olaraq narkotik vasitələr və alkoqollu içkilərin təsiri ilə sərxoş vəziyyətdə avtomobil idarəetməyə görə fərq qoyulur. İndiyə kimi hər iki hala görə məsuliyyət eyni idi. Dəyişikliyə əsasən narkotikin təsiri altında avtomobil idarə edənlərin sürücülük hüququ 6 ayadək məhdudlaşdırılacaq, cərimələr də daha yüksək olacaq”.
Sözügedən dəyişikliyi dəyərləndirən Ə. Hüseynov elə bir gözləntisinin olmadığını deyib. Onun sözlərinə görə, cərimələrin artırılması yol- nəqliyyat sahəsindəki problemlərin həlli üçün yetərli deyil: “ Hesab etmirəm ki, cərimələr artırılıb deyə, yollarda yüksək səviyyədə nizam- intizam təmin olunacaq. Kobud qayda pozuntularına görə cərimələrin artırılması sürücülərin məsuliyyətini artırmaq üçün kifayət deyil. Cərimələr 20 -50faiz artırılıb deyə kobud qayda pozuntuları da 50 faiz azalacaq deyə bir şey yoxdur. Ola bilsin, intizamsızlığa meyilli sürücülər bir daha diqqətli olsun, amma bu hamı üçün keçərli deyil. Ona görə də, cərimələri artırmazdan əvvəl sürücü hazırlığındakı boşluqlar aradan qaldırılmalıdır. Sürücülər ilk növbədə təhlükəni, qadağanın niyə tətbiq edildiyini anlamalıdırlar. Bir çox sürücü cərimələrin səbəbini bilmir. Bu baxımdan maarifləndirmə prosedurları təkmilləşdirilməlidir. O cümlədən yol infrastrukturu, xüsusilə yol nişanları, işıqforlar, xətləmə, avtomobil texnikasından istifadə və s. ilə bağlı problemlər aradan qaldırılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya