Viza müraciətləri zamanı Azərbaycan vətəndaşlarının üzləşdiyi çətinliklər Aİ-nin diqqətinə çatdırılıb
12:30 24.11.2023
Gündəm
466
Noyabrın 23-də Bakıda Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclası keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, iclasda Azərbaycan Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, eləcə də Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Baş Direktorluğunun nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları və Avropa İttifaqı üzv dövlətlərinin ölkəmizdə akkreditə olunmuş diplomatik missiyalarının konsulları da iştirak edib.
Tərəflər 2013-cü ilin 29 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin müddəalarından irəli gələn sadələşdirilmələrin tətbiqi mexanizmləri və Avropa İttifaqı ilə ölkəmiz arasında bu sahədə faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərini əhatə edən mövzular ətrafında konstruktiv və ətraflı müzakirələr aparıblar.
2022-ci və 2023-cü ilin 15 noyabr tarixinədək olan statistik göstəricilərə istinad edilərək, Azərbaycan və Avropa İttifaqı vətəndaşları arasında qarşılıqlı səfər sayında ciddi artımın olduğu vurğulanıb.
İclas zamanı, həmçinin, Azərbaycan vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalarına viza müraciətləri zamanı üzləşdikləri çətinliklər qarşı tərəfin diqqətinə çatdırılıb və onların aradan qaldırılması mexanizmləri üzrə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət