Qazaxıstan MN Ermənistana silah tədarükü ilə bağlı xəbərləri təkzib edib
13:12 24.11.2023
Aktual
515
Qazaxıstan Müdafiə Nazirliyi (MN) Ermənistana silah tədarükü ilə bağlı xəbərləri təkzib edib.
APA xəbər verir ki, bu barədə Nazirliyin yaydığı bəyanatda deyilir.
Bəyanatda deyilir ki, bir sıra sosial şəbəkə hesablarında və xəbər portallarında Qazaxıstanın guya Ermənistana silah tədarük etmək niyyətində olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:
“Ermənistan Respublikasına Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bundan əlavə, Qazaxıstan hökuməti 2022-ci ildən etibarən silah və hərbi texnikanın ölkədən ixracına qadağa qoyub. Bununla əlaqədar vətəndaşlardan və KİV nümayəndələrindən yayılan şayiələrə reaksiya verməməyi və yalnız rəsmi mənbələrə etibar etməyi xahiş edirik”, - MN-nin rəsmi bəyanatında qeyd olunub.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan çıxışlarının birində ölkəsinin Qazaxıstanı potensial hərbi texnika tədarükçüsü hesab etdiyini bildirmişdi. Nazir Papikyan hərbi-texniki əməkdaşlıqda dəyişikliklər fonunda yeni tərəfdaşlıq axtarışının vacibliyini vurğulayıb.
Papikyan Ermənistanın Qazaxıstandan “TOS-A” reaktiv yaylım atəşi sistemlərini almaq planlarını açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət