İşgəncəyə görə valideynlər məktəbə axışdı: Direktorla qarşıdurma - SƏS YAZISI + VİDEO
07:42 27.11.2023
Hadisə
460
Bakı məktəblərində şagirdin zorakılığa məruz qalmasıyla bağlı daha bir xəbər yayılıb.
Bakupost.az xəbər verir ki, Suraxanı rayonundakı 89 nömrəli orta məktəbin 7-ci sinfində təhsil alan şagirdlərdən birinin ayaqyolunda zorakılıla üzləşməsi iddia edilib. Belə ki, həmin şagirdin anası qızının xəsarət izləri olan fotosunu yayaraq, onun bir neçə nəfər tərəfindən işgəncəyə məruz qaldığını bildirib. O, valideynlərin qrupuna səs göndərərək hər kəsi ehtiyatlı olmağa çağırıb.
Məsələ ilə bağlı məktəbin yaydığı məlumatda bildirilir ki, həmin şagird özü özünə xəsarət yetirib:
“Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və bunu kimlərin etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının olmadığını söyləyiblər. Qeyd ediblər ki, zərərçəkmiş məktəbli qız "mənim işim var" deyərək onları yola salıb.
Məsələni aydınlaşdırmaq üçün şagirdin valideyni məktəbə dəvət olunub. O, məsələnin araşdırılmasında iştirak edib. Evə qayıtdıqdan sonra valideyn övladının gizlətdiyi kəsici aləti tapdığı haqqında məlumat verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Araşdırma zamanı məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan söyləyib”.
Bu gun isə məktəbdə təhsil alan şagirdlərin valideynləri məktəbə gediblər və orada gərginlik yaranıb. Valideynlərlə məktəb rəhbərliyi arasında mübahisə düşüb. Valideynlər bildirib ki, məktəbdə tez-tez neqativ hallar baş verir , uşaqlar arasında dava, hətta narkotik çəkmə halları, kriminal üslubda hesablaşmalar olur. Onlar bildirib ki, bu yaxınlarda uşaqlar arasında bıçaq davası da baş verib. Valideyinlər bu məslələrə əncam çəkməyi tələb ediblər. Hətta valideynlərin direktora hücum etdiyi, onların qarşısının çətinliklə alındığı da bildirilir.
Qeyd edək ki, dünən axşam digər bir təhsil ocağında - Ramanadakı 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdi olan qızın döyülməsi xəbəri sosial şəbəkələrdə ajiotaja səbəb olub. Təhsil Nazirliyinin yadığı məlumatda isə şagirdin döyülmədiyi, yıxılıb əzildiyi bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat