Gürcüstanda öldürülən 14 yaşlı azərbaycanlı qızın "həyat yoldaşı"nın ittihamı ağırlaşdırılıb
11:48 27.11.2023
Hadisə
417
Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarovanı qətlə yetirmiş "həyat yoldaşı" Alim Sadiqovun ittihamı ağırlaşdırılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Baş Prokurorluğu yayıb. Bildirilib ki, Alim Sadiqova qarşı Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsə təcavüzü nəzərdə tutan maddəsi ilə ittiham irəli sürülüb. Qurumun məlumatında bildirilib ki, Gürcüstan DİN-in apardığı araşdırmalar nəticəsində təqsirləndirilən şəxsin 2023-cü ilin yayında Aytac Şahmarovanı azadlıqdan qanunsuz məhrum edərək (qaçıraraq) yaşadığı kəndə gətirdiyini müəyyən edib. Qeyd olunub ki, Aytac Şahmarova qaça bilib, lakin ailə üzvləri onu geri göndəriblər. Qeyd olunub ki, qanunsuz evlilik zamanı Alim Sadiqov zərərçəkmişin köməksizliyindən istifadə edərək ona cinsi təcavüz edib.
Xatırladaq ki, qətl bu il oktyabrın 5-də baş verib. İşlə əlaqədar Alim Sadiqovla yanaşı Aytac Şahmarovanın anası və dayısı, həmçinin Alim Sadiqovun əmisi və əmisi oğlu həbs edilib, Aytac Şahmarovanın atası isə zərərçəşmişin varisi tanınıb. Alim Sadiqov cinayəti törətdiyini etiraf edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat