Azad edilmiş ərazilərdə indiyədək 109 552 mina və digər partlayıcı qalıqlar aşkarlanıb
Yusif Sultanoğlu
06:30 28.11.2023
Hadisə
551
Son üç il ərzində azad edilmiş ərazilərdə 109 552 mina və digər partlayıcı qalıqlar aşkarlanıb.
"Report" xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 111 207 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Bir sözlə, ümumilikdə, 109 552 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 753 piyada əleyhinə mina, 18 531 tank əleyhinə mina və 60 268 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
V.Süleymanov bildirib ki, Azərbaycan qlobal miqyasda minalarla ən çox çirklənmiş ölkələr arasındadır: "Belə ki, onun ən mühüm regionlarında hələ də minaların və müharibənin partlayıcı qalıqlarının izlərinə rast gəlinir. Azərbaycanın işğal olunmuş ərazilərinin düşmən əsarətindən azad edilməsindən sonra aparılan araşdırma və tapıntılar nəticəsində mina ilə çirklənən ərazilərin sahəsinin nəzərdə tutulandan daha böyük olması müəyyən edilib. Təyinat yeri müəyyən edilməmiş minalar və müharibənin partlayıcı qalıqları vətəndaşlarımızın rifahı və yerlə-yeksan edilmiş işğaldan azad olunmuş ərazilərin davamlı inkişafı üçün ciddi problemlərin yaranmasına səbəb olur. Minaların ətraf mühitə təsiri olduqca böyükdür. İlkin hesablamalara görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1,5 milyona yaxın mina yerləşdirilib və 9 min kv.km-ə yaxın ərazi minalarla çirklənib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat