Nazir: Müəllimi işə direktor götürsə, daha yaxşı olar, amma bir az səlahiyyət verən kimi başqa mənzərə ortaya çıxır
07:46 29.11.2023
Elm və Təhsil
583
Son illərdə doktoranturaya qəbul mərkəzləşdirilmiş qaydada aparılır. Lakin nə nazirliyin, nə də Məleykə xanım Abbaszadənin hansısa məsələni mərkəzləşdirməkdə heç bir marağı yoxdur.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında deyib.
O bildirib ki, eyni proses müəllimlərin işə qəbulunda da yaşanır:
"Biz bilirik ki, müəllimi işə direktor götürsə, daha yaxşı olar. Amma görürük ki, bir az səlahiyyət verən kimi başqa mənzərə ortaya çıxır".
Emin Əmrullayev vurğulayıb ki, bu gün doktoranturaya istedadlı insanları cəlb etməklə bağlı ciddi problemlər var.
Nazir qeyd edib ki, yaxşı bir alimə vəzifə, hansısa siyasi status verəndə onun elmlə məşğul olmağa vaxtı olmur:
"Nobel mükafatçısı Əziz Sancar heç bir yerin direktoru deyil. Biz elə bir yerə gəlib çıxmalıyıq ki, alimlərimiz kənar statuslara, vəzifələrə meyl etmədən elmlə məşğul olsun. Biz alimin yerini vəzifəsi ilə deyil, ortaya qoyduğu nailiyyətlərlə ölçməyə başlasaq, daha yaxşı bir yerə gələcəyik".
"Elmə ayrılan büdcəni iki dəfə artırsaq, elmi istehsalımızın da iki dəfə artacağını gözləmirik və buna inanmıram. Çünki bizim istehsal prosesimiz hələ qurulmayıb. Lakin maliyyələşmə istiqamətində islahatlar aparılmalıdır. İslahat dedikdə büdcəni 2 dəfə qaldırmaq kimi başa düşülməməlidir" - nazir qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat