Mikayıl Cabbarov: "SOCAR metan tullantılarının sıfıra endirilməsi ilə bağlı öhdəlik götürüb"
Yusif Sultanoğlu
13:54 02.12.2023
Gündəm
657
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində 2035-ci ilə qədər metan tullantılarının sıfıra endirilməsi könüllü öhdəliyini üzərinə götürüb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, SOCAR bununla bağlı müvafiq sənədlər imzalayıb: “Bu sahədə əsas istiqamət olaraq neft və qaz hasil edilərkən əmələ gələn metan tullantılarının azaldılması üçün bir sıra texniki və texnoloji tədbirlər həyata keçiriləcək. Bu, həm ölkəmizdə iqlim mövzularına olan diqqəti əks etdirir, həm də bu qlobal konfrans çərçivəsində hədəflənən ən böyük məqsədlərdən biridir”.
Nazir bildirib ki, tədbirdə Azərbaycanda iqlim məsələləri ilə bağlı həyata keçirilən işlər və layihələr, ölkəmizin irəli sürdüyü təşəbbüslər, Prezidentin işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan etməsi, ölkəmizin bir sıra regional təşəbbüslərin həyata keçirilməsində fəal rolu və gündəmdə olan məsələlərə diqqət cəlb etməyə çalışılıb.
Nazir əlavə edib ki, eyni zamanda ölkə iqtisadiyyatında yaşıl keçidin təmin edilməsinin dayanıqlığı, bərpa olunan enerji mənbələrinin bir tərəfdən artırılması, digər tərəfdən iqtisadi səmərəliliyinin təmin edilməsi və bunun üçün özəl investisiyaların həmin sahələrə yatırılması üçün şəraitin yaradılması kimi məsələləri əks etdirilib.
M.Cabbarov qeyd edib ki, Azərbaycan dünyanın müxtəlif şirkətləri və sərmayədarları ilə günəş və külək enerji stansiyalarının tikilməsi barədə saziş və memorandumlar imzalayıb: “Onlardan sonuncusu oktyabrda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və SOCAR-ın iştirakı ilə ümumi gücü 1 qiqavat olan günəş və külək stansiyalarının tikilməsidir. Düşünürük ki, ölkəmiz üzərinə götürdüyü hədəflərə yaxud hədəflədiyi göstəricilərə, 2030-cü il üçün ümumi enerji balansımızda bərpa olunan enerji mənbələrinin payının hədəflərə çatdırılması məqsədinə vaxtından öncə çatacaq”.
O xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə iki həftə öncə ölkəmizdə Azərbaycan, Özbəkistan və Qazaxıstan enerji nazirlərinin iştirakı ilə birgə görüş keçirilib: “Bu görüşün əsas məqsədi Azərbaycanda və Mərkəzi Asiya ölkələrində istehsal olunan bərpa olunan enerji mənbələrinin ixracı və mübadiləsi imkanları, Xəzər dənizinin sahillərini birləşdirən enerji kabelinin tikilməsi kimi layihələr müzakirə edilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət