Azərbaycan-Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası olub
Yusif Sultanoğlu
14:10 02.12.2023
Siyasət
607
1 dekabr 2023-cü il tarixində Sofiya şəhərində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib.
Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini cənab Yalçın Rəfiyev, Bolqarıstan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini cənab Tixomir Stoyçev rəhbərlik edib.
Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb və bu xüsusda, növbəti il ərzində gözlənilən səfərlərin əməkdaşlığın hazırkı dinamikasına əlavə töhfə verəcəyi bildirilib.
İki ölkə arasında strateji dialoq və siyasi məsləhətləşmələr mexanizmləri, habelə Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhdidləri, ölkəmizin həyata keçirdiyi genişmiqyaslı yenidənqurma, bərpa və şəhərsalma işləri, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının icrası barədə məlumat verilib.
İclas zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bolqarıstan Respublikasına səfəri zamanı xarici işlər nazirinin müavini cənab Yalçın Rəfiyev, habelə Bolqarıstan Respublikası Baş nazirinin müavini və xarici işlər naziri xanım Maria Qabriel, Bolqarıstan Respublikası Xalq Məclisinin Xarici siyasət komitəsinin sədri cənab Boyko Borissov və Bolqarıstan Respublikası Baş nazirinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri cənab Draqomir Zakov ilə görüşlər keçirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət