Qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir
09:10 05.12.2023
Gündəm
438
Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən,
- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulmasına, yəni:
- Azərbaycan Respublikası Mərkəzi Bankının apardığı reyestrdə olmayan ödəniş agenti vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinə;
- ödəniş xidməti təchizatçıları, o cümlədən xarici ödəniş xidməti təchizatçılarının yerli filialları tərəfindən ödəniş agentinin cəlb edilməsi, ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi, o cümlədən ödəniş agenti ilə bağlanan müqavilənin şərtlərinə dair tələblərin pozulmasına;
- xarici ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatorunun yerli filial açmadan ölkədə fəaliyyət göstərməsinə dair bağlanılmış müqavilə barədə məlumatın ödəniş xidməti təchizatçıları tərəfindən qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə;
- banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən elektron pulun emitenti, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti təchizatçısı və hesab üzrə məlumat xidməti təchizatçısı kimi fəaliyyət göstərəcəyi barədə məlumatın Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə - vəzifəli şəxslər min manatdan üç min manatadək, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.
Elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə - vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə cərimə tətbiq olunacaq. Ödəniş xidməti təchizatçısı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş xidməti təchizatçısının və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən əməliyyat və ya təhlükəsizlik insidentləri haqqında məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimələnəcək. Ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş hesabatların təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə isə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya