XİN başçısı: “Orta Dəhliz Xəzəryanı ölkələrin nəqliyyat potensialını gücləndirəcək”
10:41 05.12.2023
Siyasət
456
“Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (Orta Dəhliz) səmərəli istifadə etmək üçün səylər göstərir ki, bu da Xəzəryanı ölkələrin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək, nəqliyyat infrastrukturunun inkişafı üzrə yeni layihələrin həyata keçirilməsinə töhfə verəcək”.
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən görüşündə deyib.
“Azərbaycan bu gün Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir və biz həmçinin yeni tankerlər və yük gəmiləri hazırlayırıq. Eyni zamanda, yük dövriyyəsinin həcminin 15 milyon tondan 25 milyon tona çatdırılması məqsədilə Ələt dəniz limanının müasirləşdirilməsi işləri aparılır. Bütün bunlar Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yüklərin sabit və operativ çatdırılmasını təmin etmək üçün əlavə imkanlar yaradacaq, eyni zamanda Xəzər dənizinin nəqliyyat potensialının artırılmasına mühüm töhfə verəcək”, - o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya