Azərbaycanlı alim Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresində ölkəmizi təmsil edib-FOTO
09:09 11.12.2023
Gündəm
581
Ətraf mühitin davamlı idarə edilməsi üzrə ekspert Elşan Əhmədov, Hindistanın Dehradun şəhərində keçirilən 6-cı Ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə dəvət edilib.
"Sherg.az" xəbər verir ki, ümumdünya Fəlakətlərin İdarə Edilməsi Konqresinə 50-dən çox ölkədən nümayəndə heyəti qatılıb.
2000-dən çox iştirakçıya ev sahibliyi edən Hindistanda iqlim dəyişmələri və davamlı inkişafın hədəflərinə yönəlmiş dünya fəaliyyətləri işıqlandırılıb.
Yerli və beynəlxalq bir çox təşkilatların səyləri ilə həyata keçirilən dünya konqresində Elşan Əhmədov “Fəlakətlərin İdarə Edilməsində beynəlxalq Əməkdaşlıq (Su Resursları Perspektivindən)” mövzusunda çıxış edərək ölkəmizi təmsil edib. O, çıxışında fəlakətlərin effektiv idarə edilməsi strategiyalarının işlənib hazırlanmasında inklüziv və dirənçli yanaşmanın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, ölkələr arası əməkdaşlıq çox vacibdir və fəlakətlərlə üzləşmiş icmalara əl tutulmasına və evlərinin bərpasında birgə dəstək göstərilməsinə ehtiyac var. Elşan Əhmədov həmçinin, konqresin gedişatı zamanı Hindistanın yerli KİV-nə müsahibələr verib.
Müsahibələr zamanı Azərbaycanın ona qonşu olan ölkələrdən axan çirklənmiş çaylardan xeyli əziyyət çəkdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb, konqresin seminar işində, texniki məsləhətləşmədə, sərgilərdə və poster təqdimatlarında iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual