Yol hərəkətinin təşkilinin texniki vasitələrinə dair dövlət standartı qəbul edilib
12:40 11.12.2023
Cəmiyyət
634
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 943:2023 “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Yol nişanlarına, nişanlama xətlərinə, svetoforlara dair tələblər (quraşdırılması, ölçüləri və xüsusiyyətləri) və onlardan istifadə qaydaları” yeni dövlət standartı qəbul edilib.
“APA-Economics”in Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbərinə görə, bu standart Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetməni təkmilləşdirmək, müasir innovativ metodları tətbiq etmək, ölkədə “təhlükəsiz yol hərəkəti sistemi”ni yaratmaq, yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə və təbliğat işini təkmilləşdirmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən işlənib hazırlanıb.
Standart layihəsi bir sıra dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, həmçinin universitetlərin nümayəndələrinin iştirak etdiyi “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 43) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual