Qışın ortasında evsiz adama yazığı gəlmədi: “Fast food” şəbəkəsinə reaksiyalar yağdı
14:15 11.12.2023
Dünya
610
“Fast food” şəbəkəsində təmizlikçi olaraq çalışan əməkdaşının restoran önündə yerdə əyləşmiş halda yuxulayan birisinə qarşı kobud rəftarı sosial media izləyicilərinin sərt qınağıyla üzləşib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, hadisə İngiltərənin paytaxtı Londonda, Viktoriya küçəsindəki “fas food” restoranlar şəbəkəsinin önündə baş verib. Sosial mediada yayılan görüntülərdə təmizlik işləri görən əməkdaşın yerdə əyləşmiş adamın üzərinə su fşqırtması, əşyalarını təpikləməsi əks olunub. “Fast food” əməkdaşı evsiz adama yaxınlaşıb üzərinə su tökərək onu isladır, əşyalarını təpiklə kıbara itələyir və ondan durub getməsini tələb edir. Restoran əməkdaşının evsiz insanla kobud rəftarına trafdakı insanlar da müdaxil edib və onu qınayıblar. Video paylaşıldıqdan sonra isə “Fast food” şəbəkəsinə sosial mediadan da sərt təpkilər “yağıb”. Videoda evsiz adamın üstünə örtdüyü yorğanı sudan qorumaq üçün çırpındığı, əli ilə qorunmağa çalışdığı görünür. Evsiz adam “məndən nə istəyirsiniz? Məni rahat biraxın”, deyə yalvarır. Bu sırada baş verənləri görüntüyə alanlara da polis müdaxilə edir. Ətrafdakı insanlarsa “bu nə hərəkətdir, onun sizə nə maneçiliyi var. Çox acımasızsınız”, deyə təpki göstəriblər. Restoranlar şəbəkəsinin digər əməkdaşı məsləkdaşının köməyinə gəlsə də, o da vətəndaşların təpkisiylə üzləşib. Vətəndaşlar “düzgün davranmırsınız. Bu adam sizə mane olmur, girib çıxanlarla bir işi yox”, deyərək evsiz adamı müdafiə ediblər. Vətəndaşların təpkisi nəticəsində əməkdaşlar evsiz adamı qovmaqdan əl çəkib. Üstəlik, video sosial şəbəkədə yayıldıqdan sonra nüfuzunu bərpa etməyə çalışan şirkət vətəndaşlardan üzr diləyərək, kobudluq etmiş əməkdaşını işdən çıxardığını açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial