
Planetar oyunçuların hibrid müharibəsi: Pxenyan və Seul arasında gərginlik artır
12:02 10.01.2024
Dünya
568
Pxenyanla qarşıdurma siyasəti Seul üçün intihardır, hərbi təxribat olarsa, KXDR Koreya Respublikasını məhv etmək üçün bütün arsenalından istifadə edəcək.
Bunu Şimali Koreya lideri Kim Çen İn deyib.
“Cənubi Koreya xalqımıza qarşı hərbi güc tətbiq etməyə cəhd edərsə və ya suverenliyimizi və təhlükəsizliyimizi təhdid edərsə, onları tamamilə məhv etmək üçün mövcud vasitə və qüvvələrin tam arsenalından istifadə edəcəyik. Koreya Respublikasının hakim qanqsterləri KXDR ilə qarşıdurma kimi intihar siyasətinin yanlışlığını dərk edənə qədər respublikamız ədalətli mübarizə prinsiplərinə əsaslanan aşkar əməli hərəkətləri davam etdirəcək”, - o bildirib.
Kim Çen İnin fikirlərinə münasibət bildirən siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a söyləyib ki, Şimali Koreya ilə Cənubi Koreya arasında hərbi eskalasiya riskinin yaranması iki fərqli qütbdə yer alan planetar oyunçuların hibrid müharibəsinin tərkib hissəsidir:

"Rusiya Şimali Koreyadan aldığı silahları Ukraynada istifadə edir, bunun əvəzində isə təbii ki, Pxenyan Moskvaya arxalanan bir niyyətini ifadə edir. Bu niyyət isə Cənubi Koreyaya qarşı qorxu aktını gücləndirməkdir. Digər tərəfdən Çinin Tayvana müdaxilə imkanlarını nəzərdən keçirdiyi məlumdur ki, burada Pekin rəqibi ABŞ-nin diqqətini yayındırmaq üçün manevrlər axtarır. Şimali Koreya ilə Cənubi Koreyanın gərgin münasibətləri Rusiya və Çinə ABŞ-nin diqqətini bölmək baxımından sərfəlidir.
Uzaq şərqdəki maraqların toqquşması fonunda ABŞ-Cənubi Koreya-Yaponiya üçbucağının mövqeləndiyi nöqtənin qarşı tərəfində Rusiya-Çin-Şimali Koreya üçlüyü rəqib kimi dayanır. Şimali Koreya ilə Cənubi Koreyanın müharibəyə başlamasını düşünmürəm. Lakin hərbi eskalasiyaya gətirib çıxaran addımlar şiddətlənsə, onda müharibə beynəlxalq aləmin qapısını döyəcək. Cari situasiyada Pxenyanla Seul arasındakı hərbi insidentləri Çinin Tayvanı birləşdirmək sevdası ilə əlaqələndirmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya