Politoloq: Zurabaşvilinin fikirlərinin hakimiyyətə heç bir təsir gücü yoxdur
14:22 10.01.2024
Aktual
530
Gürcüstanın yalnız bir düşməni var - Rusiya.
Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili “Azadlıq” radiosunun gürcü xidmətinə müsahibəsində deyib.
“Bəlkə kimsə bunu başa düşmür, ya kimsə anlamaq istəmir, ya da başa düşməmək kiminsə xeyrinədir. Amma Rusiyanın düşmən olması faktdır. Rusiya bunu gizlətmir və bu fakt hər şeydə görünür”, - Zurabişvili əlavə edib.
O bildirib ki, bu gün Rusiyanın qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmaq niyyəti və ya istəyi olduğuna dair heç bir əlamət yoxdur.
Zurabişvilinin belə kəskin şəkildə Rusiya əlehinə fikirlər səsləndirməsi və Rusiya və Gürcüstan arasındakı münasibətlərin pisləşməsinin regiondakı vəziyyətə təsirləri barədə "Sherg.az"ın sualını cavablandıran siyasi şərhçi Turab Rzayev bildirib ki, xanım Salomenin bu tipli açıqlamalar verməsi təəcüblü deyil:
"O, açıq şəkildə Qərbpərəst mövqeyli və Fransa vətəndaşlığı olan şəxsdir. Prezident olmazdan öncə də dəfələrlə onun Rusiyaya qarşı belə çıxışlarının şahidi olmuşuq. Rusiya ilə münasibətlər baxımından hər zaman hakimiyyəti tənqid edir. Hətta Gürcüstan Rusiya ilə avireysləri bərpa edən zaman Gürcüstan Hava Yollarını boykot etməyə çağırırdı".
T. Rzayev Zurabaşvili ilə hökümət arasında Rusiyaya qarşı münasibətlərdəki fərqli fikirlərə görə daim soyuqluq olduğunu vurğulayıb:
"Hazırda Gürcüstan Qərbəyönümlü dəsti xətt seçib. Gürcüstan üçün Avropa Birliyinə üzvlük məsələsi də olduqca önəmlidir. O səbəbdən Rusiyaya qarşı bu tipli açıqlamar səsləndirərək onlardan tamamilə qopduqlarını göstərməyə çalışırlar. Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu tip açıqlamaların Gürcüstan Rusiya münasibətlərinə heç bir təsiri olmayacaq. Çünki Gürcüstanda höküməti prezident yox baş nazir idarə edir. Baş nazirin isə Rusiya ilə münasibətlərini normal hesab etmək olar. Qərbin təzyiqi ilə bundan sonra müəyyən məsəfə qoyula bilər. Amma Zurabaşvilinin fikirlərinin hakimiyyətə heç bir təsir gücü yoxdur. Zurabaşvili Gürcüstan siyasətində əhəmiyyətli bir şəxs deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya