Politoloq: Rusiyanın İsveçə müharibə elan etməsi qeyri-real ssenaridir
Yusif Nəzərli
02:17 11.01.2024
Aktual
657
Kreml üçün intihara bərabər olar
İsveçin mülki müdafiə naziri Karl Oskar Bohlin deyib ki, İsveçdə də savaş baş verə bilər. Onun sözlərinə görə, xalq müharibəyə hazır olmalıdır. Nazir Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropada təhlükəsizliklə bağlı vəziyyətin daha da pisləşdiyini və rəsmi Moskvanın ölkəsi üçün ciddi risk daşıdığını bildirib. Əslində, Bohlinin narahatlıq dolu açıqlaması təəccüb doğurmamalıdır. Məsələ ondadır ki, hazırda İsveçin NATO-ya üzv olması ilə bağlı intensiv müzakirələr gedir. Finlandiya ilə birlikdə NATO-ya üzvlük müraciəti edən rəsmi Stokholm Türkiyənin vetosuna görə istəyinə nail ola bilmir.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, prinsip etibarilə rəsmi Ankaranın məsələyə yanaşması obyektivdir. Analitik qeyd edib ki, İsveçdə islamofobiyanın artması, PKK, YPG, PYD kimi separatçı-terrorçu qruplaşma üzvlərinin sığınacaq alması və ekstradisiya edilməməsi, habelə Ankaraya qarşı sərgilənən qərəzli mövqe Türkiyənin veto hüququndan istifadə etməsini əsaslandırır:
"Bununla belə, Türkiyənin İsveçlə xüsusi problemi yoxdur. Əksinə, İsveçin alyansa üzvlüyünün müsbət nəticələrini Ankara da bilir. Lakin Stokholmun mövcud problemlərlə NATO-ya üzvlüyü qəbuledilməzdir. Türkiyədən alyansın ümumi maraqlarının düşünülməsi istənilirsə, təşkilat da Ankaranın təhlükəsizlik və milli maraqlarını qorumalıdır. Bohlinin bu cür bəyanat verməsi sadəcə ölkəsinin NATO-ya daha tez üzv edilməsi məqsədi daşıyır. Təsadüfi deyil ki, bənzər açıqlamaları alyansa üzv olmazdan əvvəl Finlandiya rəsmiləri də səsləndirirdi. Ümumiyyətlə, Rusiyanın İsveçə müharibə elan etməsi qeyri-real ssenaridir. Ukraynada faktiki olaraq ilişib qalan, itkilərlə üzləşən Rusiyanın ikinci cəbhə açması, üstəlik, növbəti hədəf kimi İsveçi seçməsi intihardan başqa bir şey deyil. İsveç NATO üzvü olmasa da, alyansın standartlarında güclü ordu və donanmaya malikdir. Bundan başqa, çətin coğrafiyası da Rusiya ordusu üçün keçilməzdir. Ən önəmli faktor isə İsveçin postsovet ölkəsi olmamasıdır. Yəni Rusiyanın burada nüfuz edəcəyi hərbi-siyasi elita, etnik azlıq yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya