İslam dini fal dini deyil - İlahiyyatçı
Yusif Nəzərli
10:28 12.04.2024
Cəmiyyət
847
Son zamanlar sosial şəbəkə istifadəçiləri pul müqabilində istixarə duası vasitəsi ilə insanların gələcəklərindən xəbər verirlər. Bəs bu nə dərəcədə doğrudur? Ümumiyyətlə, istixarə duasının mahiyyəti nədən ibarətdir?
Məsələ ilə bağlı danışan ilahiyyatçı Tural İrfan "Sherg.az"a bildirib ki, istixarə ərəbcədən tərcümədə "xeyir istəmək"dir:
"Şübhəli bir işi tərəddüdlü bir məqamda ağılla müəyyən etmək mümkün deyil. Bu zaman Allahdan xeyir aqibət diləmək üçün insan adi şəkildə dua edə bilər. Dua edir ki, həmin işin aqibəti şər yox, xeyir olsun. Hətta, Peyğəmbərin hədislərində var ki, işin sonunu bilmək istəsən, namaz qılıb (bu namaza istixarə namazı da deyirlər) dua edib yatar, daha sonra həmin şəxsə işin aqibəti əyan olar. Yoxsa başqa qondarma şeylər icad edib gələcəkdən xəbər vermək, fala baxmaq, əlavə yozum, şərh vermək olmaz. Bu günahdır. Quranda deyilir ki, mütləq qeybi bilən yalnız Allahdır. Özü də insanın qədəri, taleyi dəyişir, sabit deyil. Kimsə onun taleyini deyə bilməz. Hesab edirəm ki, tiktokda yayılan bu məsələlər xurafat, baxış sayı qazanmaq, maddiyyat əldə etmək, insanların diqqətini cəlb etmək məqsədi ilə təşkil edilmiş əməllərdir və bunun dinlə bir əlaqəsi yoxdur. İslam dini fal dini deyil. Əgər insan bir narahatedici işin sonundan əmin deyilsə, o zaman sadəcə hər hansı formada Allaha dua edər, o işin axır aqibətinin xeyir olmasını istəyər. İstixarə duası bax budur. Duanın da xüsusi bir formada, sırf ərəbcə oxunmasına gərək yoxdur. Hər kəs öz dilində Allaha dua edə, xeyir istəyə bilər, vəssalam. Yoxsa burada qeybdən xəbər, fala baxmaq, taleyindən məlumat almaq kimi qoşmalar əlavədir və din adı ilə sadəlövh adamları aldatmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm