Rusiya XİN: KTMT Ermənistansız da effektiv struktur olaraq qalacaq
Rusiya XİN: KTMT Ermənistansız da effektiv struktur olaraq qalacaq
13:41 03.05.2024
Dünya
440
KTMT-dən çıxmaq Ermənistanın suveren hüququdur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Ermənistan KTMT-dən çıxacağı halda, təşkilatın nizamnaməsinə görə çıxacağı tarixə 6 ay qalmış rəsmi bildiriş göndərməlidir.
“Ermənistanın KTMT-də qalıb və ya gedəcəyi sualını rəsmi İrəvana ünvanlamaq lazımdır. Biz əvvəlki kimi erməni tərəfdaşlarımızın xarici siyasətini müstəqil müəyyən etməklə bağlı, eləcə də KTMT-də bundan sonra iştirakı ilə bağlı suveren hüququnu şübhə altına qoymaq istəmirik. Mən təşkilatın nizamnaməsinin 19-cu maddəsini xatırladıram, hansı ki, bu maddədə təşkilatdan çıxmağın mümkünlüyü qeyd olunub. Bu halda, dövlət KTMT çərçivəsində öz öhdəliklərini nizamladıqdan sonra təşkilatdan çıxacağı tarixdən 6 aydan gec olmayaraq rəsmi bildiriş göndərməlidir. Bildiyimiz qədər, KTMT-nin ünvanına müntəzəm olaraq tirajlanan ittihamlara baxmayaraq tərəfdaşlarımız tərəfindən təşkilatın üzvlüyü ilə bağlı yeni addımlar atılmayıb. Ermənistan təşkilatın tamhüquqlu iştirakçısı olaraq qalmaqda davam edir və müvafiq öhdəlikləri, o cümlədən 1992-ci il Kollektiv Təhlükəsizlik Müqaviləsi və 2002-ci il təşkilatın Nizamnaməsi, habelə digər sənədlərlə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürməlidir. Biz qəti əminik ki, istənilən halda KTMT Avrasiyada sülhün təhlükəsizliyinin, eləcə də ona üzv dövlətlərin təhlükəsizliyinin qorunmasına cavabdeh olan effektiv strukturdur və belə də qalacaq”, - Rusiya XİN sözçüsü vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol