
İqtisadçı: Azərbaycanda tütün məmulatları Rusiya və İrandan xeyli bahadır
09:08 03.06.2024
İqtisadiyyat
490
Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə cərimə müəyyənləşir.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, “Tütün və tütün məmulatları haqqında” qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə vəzifəli şəxslər 5000 manatdan 7000 manatadək, hüquqi şəxslər 10000 manatdan 12000 manatadək məbləğdə cərimə ediləcəklər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a bildirib ki, spirtli içki və tütünlə bağlı cərimələrin, vergilərin dəyişdirilməsi və artırılması bir çox ölkələrdə hökumətlərin atdığı addımlardır:

“Bu hadisələr sosial məsələ olmadığına görə ciddi etiraz doğurmur. Dünyanın bir çox ölkələrində hökumətlər bunu həm də sağlam həyat tərzinin təşviqi siyasətinin tərkib hissəsi kimi təqdim edirlər. Azərbaycanda da son illərə nəzər salsaq bir neçə dəfə tütün məmulatlarının aksiz və satış vergiləri artırıldığını müşahidə edərik. Bunların nəticəsi olaraq da son 5 ildə qiymətlərdə 2 dəfədən çox artım baş verib. Hətta yeni lisenziyalaşdırma qaydaları gətirilir və bununla bağlı cərimələr müəyyənləşdirilib. Bütün bunlar onu göstərir ki, sözügedən sahədə sərtləşmə siyasəti davam edəcək. Bu isə sağlam həyat tərzinin təşviqinə yönələn addımlar kimi təqdim olunacaq. Burada önəmli bir detal da var. Dünyanın bir çox ölkələrində baş verən təcrübəni nəzərdən keçirərək o qənaətə gəlmək mümkündür ki, tütün məmulatlarının qiymətinin və onların satış şərtlərinin sərtləşdirilməsi çox zaman aksizsiz və kontrobanda məhsulların həcmini artırır. Sərtləşmə ilə paralel elə siyasət yürütmək lazımdır ki, Azərbaycanda qonşu ölkələrdən tütün məmulatlarının qiyməti kəskin fərqlənməsin. Hazırda fərq getdikcə artır. Azərbaycanda tütün məmulatları Rusiya və İrandan xeyli bahadır. Sərhədlər açılandan sonra kontrobanda yolu ilə həmin ölkələrdən Azərbaycana gətirilən tütün məmulatlarının həcmi arta bilər.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi
Alimləri heyrətə salan “xəyalət”: 100 milyonda bir rast gəlinir
16:02 29.09.2026
Maraqlı
İrandan vəd: Öldürüb cəsədini gətirin, 10 milyrad verək!
15:58 29.09.2026
Dünya
Salahla reklama çəkilən Hatice ana Misirdə məşhurlaşdı
15:55 29.09.2026
Maraqlı
Putin Azərbaycana qadağa qoydu
15:45 29.09.2026
Gündəm