İqtisadçı təkzib etdi: Ölkəmizin gələcək iqtisadi inkişafı sabit və stabil formada davam edəcək
13:13 18.07.2024
İqtisadiyyat
606
Yaxın 2-3 ildə ölkə iqtisadiyyatında ciddi böhranlı dalğalar olacaq, manat dəyərdən düşəcək, inflyasiya yüksələcək, ölkəyə valyuta daxilolmaları kəskin azalacaq, sosial problemlər artacaq.
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli bildirib.
"Paralel olaraq ölkənin xərcləri də kəskin artır, yəni, gəlirlərin azalması ilə paralel məcburi xərclərin də artması, əlavə yük yaradacaq. Və bu problemlərin sadə və tez həlli yolları yoxdur, təəssüf ki, hökumət ciddi zaman itirdi, 2015-ci il böhranından nəticə çıxartmadı. Nəticə olaraq iqtisadi-sosial problemlərin sancılı həllidən başqa yol qalmayıb, əsas məsələ də idarəetmə sisteminin islahıdır ki, buna hökumət getmək istəmir. Hökumətin köhnə sistemlə davam etmək israrı böhran dalğalarını daha dərin, qaçılmaz olacaq sancılı islahat sürəcini daha uzun edəcək", - o qeyd edib.
İqtisadçı- ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, bu cür proqnozlar müxtəlif dövrlərdə, fərqli iqtisadçılar tərəfindən səsləndirilib:
“Bu cür qəti fikir bildirmək reallığı əks etdirmir. Çünki bu günkü mənzərəni müşahidə etsək ölkə iqtisadiyyatının makroiqtisadi göstəriciləri sabit olduğunu görərik. Ölkədə 70 milyard manata yaxın valyuta ehtiyyatlarımız mövcuddur. Bu isə ölkədə əmək haqqının vaxtı-vaxtında ödənilməsinə, orta əmək haqqında müəyyən artımların olmasın əsas verir. Bir neçə ildən sonra dünyada iqtisadi konyukturanın hansı cür formalaşması haqqında indidən proqnoz vermək çətindir. Hazırda Ukrayna-Rusiya müharibəsi davam edir, neftin qiymətində balans müşahidə olunmur. Digər tərəftən ölkəmiz qaz və enerji ixracatında yeni həcmlərlə inkişaf edir və ölkənin nəqliyyat logistika imkanları artırılır. Natiq Cəfərli qeyd edib ki, neft hasilatı azalır. Neft hasilatının azalmasına baxmayaraq ölkənin nəqliyyat infrastrukturu inkişaf edir, logistika imkanları genişlənir. Hesab edirəm ki, bu imkanlar əlavə vəsaitin, xarici valyutanın ölkəyə daxil olmasına böyük imkanlar yaradır və tranzit imkanlarımızı böyüdür. Digər tərəfdən də bu gün əgər biz Ümumi Daxilin Məhsulun tərkibinə baxsaq qeyri-neft sektorunun payının artmaqda olduğunu müşahidə edərik. Həmçinin gələcəkdə ölkəmizin alternativ və bərpa olunan enerji potensialına geniş imkanlar yaranır, böyük investisiyalar yatırılır. Bu baxımdan da hesab edirəm ki, belə pessimist proqnozlar verməyin əsası yoxdur. Ölkəmizin gələcək iqtisadi inkişafı sabit və stabil formada davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol