Cici və Bellanın atası üçüncü dəfə evlənir

Supermodellər Cici və Bella Hadidin 78 yaşlı atası, fələstinəsilli amerikalı daşınmaz əmlak maqnatı Mohamed Hadid üçüncü dəfə ailə qurmağa hazırlaşır.

OLAY yazır ki, onun seçimi 43 yaşlı, rus əsilli model və televiziya aparıcısı Keni Silva (əsl adı Kseniya Silva) olub.

Cütlük nişanlandıqlarını bir neçə gün əvvəl Dubayda keçirilən “Vogue Arabia Ball 2026: Art Edition” tədbirində elan edib. Qırmızı xalçada Keni iri brilyant qaşlı nişan üzüyünü nümayiş etdirib.

Qalereya