
Qərbin Azərbaycana təzyiqi: Bakı belə böhtanlara geri çəkilmək niyyətində deyil
12:48 04.10.2024
Siyasət
462
Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib ki, Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr. O Minsk qrupunun ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və Azərbaycanı alçaldıcı sülhə təhrik etməklə məşğul olduğunu söyləyib. Prezident deyib ki, biz bütün beynəlxalq platformalarda haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni, bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər.
Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, hazırda Avropa, Fransa, Amerika Birləşmiş Ştatları və digər beynəlxalq mərkəzlər Azərbaycana qarşı əsassız iddihamlar və absurd açıqlamalar səsləndirirlər:

“Həmçinin heç bir reallığa əsaslanmayan yalan və böhtanlar atmaqla məşğuldurlar. Azərbaycan ərazilərinin 20 faizi 30 ilə yaxın Ermənistanın işğalı altında olması Qərb siyasi dairələrini qətiyyən maraqlandırmayıb. Əksinə olaraq Azərbaycan və Ermənistanın biri-biriylə anlaşması kimi absurd mövzularda müzakirələrə üstünlük veriblər. Məsələni Ermənistanın xeyrinə həll etməyə çalışıblar və sülhün uzadılması üçün əllərindən gələni ediblər. Yəni ABŞ və Qərb Azərbaycan ərazilərinin işğal altında olmasını öz geosiyasi maraqları çərçivəsində istifadə etməyə çalışıb. Eyni zamanda Cənubi Qafqazda erməni lahiyəsinin reallaşdırılmasına cəhd göstəriblər. Amma Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə ABŞ və Qərbin erməni lahiyəsini tamamilə sıradan çıxararaq tarixin zibilliyinə tullayıb. Ona görə də Cənubi Qafqaza əsas təsir mexanizmi əllərindən çıxan Qərb siyasi dairələri Azərbaycana təzyiq göstərmək üçün müxtəlif ittihamlardan istifadə edirlər. Ancaq rəsmi Bakı belə böhtanlara geri çəkilmək niyyətində deyil. İlham Əliyev Azərbaycanın maraqlarını sona qədər qorumaq niyyətindədir. Buna nail olmaq üçün Azərbaycan dövlətinin bütün hərbi, siyasi, geopolitik və geostrateji potensialı mövcuddur. Azərbaycana qarşı təzyiq cəhdləri yersiz və prespektivsizdir. Azərbaycan bütün dünyaya sübut edib ki, Qərbin Cənubi Qafqaz siyasəti yanlışdır. Digər tərəfdən Azərbaycanın Ermənistanla münasibətlərində Qərbin vasitəçiliyinə ehtiyacı yoxdur. Ümumiyyətlə Qərb siyasi dairələri regionda sülh istəyirlərsə, kənara çəkilməlidir. Azərbaycan və Ermənistan birbaşa təmaslarla mövcud olan bütün problemləri həll etməlidir. İki ölkə arasında yekun sülh sazişinin imzalanmamasının əsas səbəbi ABŞ, Fransa və Avropa Birliyinin Cənubi Qafqazdakı pozuculuq siyasətinin nəticəsidir. 30 il ərzində Minsk qrupunun pozucu davranışlarını indi ABŞ, Fransa və Avropa İttifaqı ortaq şəkildə reallaşdırmağa çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə